Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisi etibardan salan deputatlar - Siyahı

Tarix: 23-09-2019 18:47     Baxış: 3169 A- / A+
Milli Məclisi etibardan salan deputatlar - Siyahı

Deputat Rafael Cəbrayılovun borc qalmaqalından sonra ictimai diqqət yenidən Milli Məclisin tərkibinə yönəlib.

Manevr.az xatırladır ki, Rafael Cəbrayılov ayrı-ayrı şəxslərdən toplam 600 min ABŞ dolları məbləğində borc pul alıb. O, borc yiyələrində pulu qaytaracağına əminlik yartatmaq üçün III və IV çağırış deputat vəsiqələrini girov qoyub.

Rafael Cəbrayılovun bu əməli rezonansa səbəb olub və Milli Məclisdə əhəmiyyətli dəyişikliyin zərurətə çevrildiyi gündəmə gəlib. Əlbəttə ki, dəyişiklik məsələsi təkcə Rafael Cəbrayılovla bağlı deyil.

Parlamentdə qalmaqallarla gündəmə gələn və hakimiyyətə kifayət qədər ciddi zərbə vuran deputatlar çoxdur.

Məsələn, Rafael Cəbrayılovla bağlı qalmaqaldan az əvvəl deputat İqbal Məmmədov qızğın müzakirələrin subyekti idi. Onun gündəmə gəlməsi sahibi olduğu “Relaks” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşlarının döyülməsi ilə bağlı idi. Lerikdə fəaliyyət göstərən sözügedən istirahət mərkəzində vergi əməkdaşlarını İqbal Məmmədovun oğlu və yaxın qohumları döymüşdü.

Məlumatlarda iddia olunurdu ki, onlara göstərişi deputat verib. İqbal Məmmədov əvvəlcə hadisəni təkzib etsə də, rəsmi qurumların məlumatından sonra bu barədə danışmamağa üstünlük verdi. Lakin artıq “qatar getmişdi”. İqbal Məmmədov bu gün amansız platforma kimi tanınan sosial şəbəkələrdə tənqid atəşi altında idi və təbii ki, bu tənqidlərdə hakimiyyətin də payı az deyildi.

Hakimiyyəti çətin vəziyyətə salan deputatlardan biri də Elmira Axundova olub. O, oğlu Həbib Axundovun əməlləri ilə gündəmə gəlmişdi. Əvvəlcə Həbib Axundovun adı dələduzluq əməlində halladırılırdı. Bakı Ağır Cinayətlər Məhkəməsində Həbib Axundova və digər şəxslərə dələduzluq etməkdə təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi zamanı zərərçəkmiş qismində çıxış edən Fərman Məmmədov "Həbibin göstərişi ilə Elnura 140 min verdim, 435 min də Həbibin özünə vermişəm. Onun anası Elmira Axundova isə mənə cəmi 250 min qaytarıb. Elmira xanım demişdi ki, tenderdə Elnur qalib gəlib, çünki Həbibin işlərini Elnur görəcəkdi. Elmira xanımla bir neçə dəfə danışmışdım, mənə demişdi ki, pulumu qəpiyinə kimi qaytaracaq. Həbib bu biznes işində piramida qurdu" deyə ifadə vermişdi.

Daha sonra deputatın oğlu model, "Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın ölümündə və dərman mafiyasında çəkilməyə başladı.

Qalmaqalla gündəmə gələn deputatlardan biri də Sona Əliyevadır. Deputatın anası Bəşirə Əliyeva mətbuata açıqlama verərək qızını atasının bütün əmlakını ələ keçirməkdə ittiham etdi.

Bəşirə Əliyeva oğlu ilə birgə İddia edilirdi ki, Sona Əliyeva yaxınlarını deputat statusu ilə təhdid edirmiş.

Sona Əliyeva ittihamlara cavabında ailə üzvləri tərəfindən şantaja məruz qaldığnı bildirmişdi.

Qalmaqalla tanınan daha bir deputat isə Cavanşir Feyziyevdir. Ona məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilmişdi.

Deputat qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu, özünün həmin Brüsseldə səfərdə olduğunu qeyd etsə də, ictimai rəy bunu özünümüdafiə xarakterli açıqlama kimi qiymətləndirmişdi.

Deputat Hüseynbala Mirələmov isə qardaşı oğluna görə gündəmə gəlmişdi. Deputatın qardaşı oğlu Rəşad Mirələmov “1001 gecə” istirahət məkanında mübahisə zəminində Ramal Bayramov adlı şəxsi güllələyərək öldürmüşdü. Hadisə 7 il əvvəl olsa da, Hüseynbala Mirələmovun adı çəkiləndə dərhal bu məsələ yenilənir.

Bundan başqa, bir sıra deputatlar ehtiyatsız açıqlamaları ilə hakimiyyəti çətin vəziyyətdə qoyublar. Həmçinin Milli Məclisə olan inamı sıfıra endiriblər.

Siyasi ekspertlər hesab edir ki, artıq hakimiyyət də bunun fərqindədir və çox güman ki, növbəti parlament seçkilərində ictimai rəydə mənfi reputasiya ilə tanınan deputatlar Milli Məclisə buraxılmayacaq.yenisabah.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar