Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hüseyn Abdullayev “Fəlakət gətirən” səyahətin güdazına gedib

Tarix: 23-09-2019 08:28     Baxış: 3185 A- / A+
Hüseyn Abdullayev “Fəlakət gətirən” səyahətin güdazına gedib

İsveçrəli vəkil Almaniya hökumətini Azərbaycana təzyiq göstərməyə çağırır

“Süddeutsche Zeitung” (Almaniya) qəzetinin 22 sentyabr sayında Azərbaycanda daha çox “Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayev haqqında yazı gedib.
Manevr.az musavat.com-a istinadən bildirir ki, məqalə “Die verhängnisvolle Reise” (Fəlakət gətirən səyahət) adlanır.

Qəzet vurğulayır ki, Hüseyn Abdullayev 2013-cü ilin noyabrında Almaniya hökuməti tərəfindən rəsmən siyasi mühacir kimi tanınıb. Rəsmi status aldıqdan sonra onda belə bir əminlik yaranıb ki, bütün çətinliklər arxada qalıb və o, daha təhlükəsizliyinə görə narahat olmamalıdır. Ancaq bu arxayınlıq bir müddət sonra peşmançılıqla əvəzləndi. İndi o, öz vətənində həbsdədir. Almaniyanın Federal Hökuməti onun azadlığa çıxması üçün köməklik göstərməlidirmi?

Qeyd olunur ki, Hüseyn Abdullayev 2018-ci ilin aprel ayından etibarən həbs olunub və Bakıda saxlanılır. Ötən həftə hərbi prokuror ona 8 il həbs istədi.

Bu istintaq ortaya xeyli suallar çıxarıb. Ən önəmli sual isə budur: Almaniyada siyasi sığınacaq alan adam nədən öz vətənində məhkəmə qarşısına çıxmalıdır?

Hüseyn Abdullayev Türkiyədə səfərdə olarkən anti-terror əməliyyatı keçirən 15 nəfərlik qrup tərəfindən saxlanılıb və dərhal Azərbaycana göndərilib.

Qəzetə açıqlama verən isveçrəli vəkil Mark Komina deyib ki, əgər Almaniya bu prosesə dərhal müdaxilə etsə idi Hüseyn Abdullayev çoxdan azadlığa çıxmışdı. Vəkil Almaniyanın Federal Hökumətini Azərbaycana təzyiq göstərməyə çağırıb və qəzetə bildirib ki, ancaq bu yolla Hüseyn Abdullayev azadlığa çıxa və Almaniyaya dönə bilər. Bu, onun yeganə şansıdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar