Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi

Tarix: 21-09-2019 20:27     Baxış: 3117 A- / A+
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları ofisinin təşkilatçılığı ilə Varşavada insan alveri, eləcə də qaçqın və məcburi köçkünlərin hüquqları mövzusunda keçirilən konfransda iştirak edirlər.

-Manevr.az məlumatına görə, Ermənistan nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin toplantıda çıxış etməsinə mane olmağa çalışıblar.

Tural Gəncəliyev toplantıda işğal altındakı Dağlıq Qarabağın 800 mindən artıq əhalisini təmsil etdiyini deyib. Dünya birliyini onların pozulmuş hüquqlarının bərpasına çağırıb.

Toplantıda çıxış edən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 ətraf rayonun 1 milyona yaxın əhalisinin hüquqlarının pozulduğunu, dünyanın isə buna göz yumduğunu qeyd edib. Fuad Hüseynov problemin həllinin işğala son qoyulması və bu insanların öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasından sonra mümkün olacağını bildirib. Amma Ermənistanın bunda maraqlı olmadığını diqqətə çatdırıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar