Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər" - Vidadi Zeynalov

Tarix: 18-09-2019 20:06     Baxış: 3164 A- / A+
"Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər" - Vidadi Zeynalov

"Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"

Manevr.az xəbər verir ki, "Yeni Müsavat" qəzetinin əməkdaşı keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun Şamaxıda yerləşən “Rose Park” restoranında olub.
Bu haqda qəzetin yaydığı reportajda bildirilir ki, istirahət mərkəzində işçilərdən başqa ins-cins olmayıb. “Rose Park”da kottejlərdə qalmağın bir gecəlik qiyməti 80 manatdır. Bu pula səhər yeməyi, tennis, uşaqlar üçün əyləncə yeri daxildir.
İstirahət mərkəzindən Şamaxı rəsədxanası, Pirqulu, yanbayan göllər ovuc içindəki kimi görünürdü. Belə səfalı guşədə yerləşən istirahət mərkəzinin restoranında qiymətlər təəccüblü olsa da, münasib idi. İstər kabablar, içkilər, istər başqa yeməklər və s.
İstirahət mərkəzində olarkən Vidadi Zeynalov orada olmadığından telefon əlaqəsi yaradılıb. O, hazırda Neftçalada tələbə yoldaşının yas mərasimində olduğunu deyib. Onun sözlərinə görə, həmin istirahət mərkəzini icarəyə götürüb: “Amma orada elə bil ki, milçək qovurlar, bir adam gəlmir. Yeri yaxşıdır, amma gələn yoxdur. Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər”.
Vidadi Zeynalov həbsi, sabiq rabitə naziri Əli Abbasov və başqalarının məsuliyyətdən kənarda qalması ilə bağlı suala belə cavab verib: “Qardaş, mən qara dəftəri bağlamışam. Evdə həmişə deyirlər ki, 40 il işlədiyin yerdən danışmırsan, iki il olduğun türmədən hər gün danışırsan. Deyirəm ki, çətin gün həmişə yadda qalır. İndi qanun, məhkəmə belə qərar verdi ki, günahkar mənəm”.
O, hamıya cansağlığı arzulayaraq, yas yerində olduğunu xatırladıb əlavə nəsə danışmaq imkanı olmadığını qeyd edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar