Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Qurbanov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb - ŞƏKİL

Tarix: 18-09-2019 10:53     Baxış: 4465 A- / A+
Cavid Qurbanov  Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Manevr.az xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan C. Qurbanov qeyd edib ki, bu marşrut istifadəyə veriləndən sonra region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir.

Sonra əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava bildirib ki, 2017-ci ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi bir hadisə idi. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməklə, indi bu marşrutla, Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən yüklər Türkiyəyə və əks istiqamətdə daşınır.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar