Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İctimai Birliyin sədri: "Azərbaycanda heç bir jurnalist yazısına görə həbs edilməyib"

Tarix: 17-09-2019 22:02     Baxış: 3141 A- / A+
İctimai Birliyin sədri: "Azərbaycanda heç bir jurnalist yazısına görə həbs edilməyib"

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantı öz işini davam etdirir.

"İslahatçı gənclər" İctimai Birliyindən verilən məlumata görə, tədbirdə ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Növbəti müzakirələr "İfadə azadlığı, azad media və informasiya" mövzusunda baş tutub. Müzakirələrdə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı deyib ki, bütün digər ölkələr kimi Azərbaycan üçün də ölkədə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin fəaliyyəti üçün lazimi imkanları yaradılması məsələsi çox mühümdür.

F.Şahbazlı bildirib ki, Azərbaycanda söz və media azadlığının təmin edilməsi, internet medianın azad fəaliyyəti üçün geniş imkanlar yaradılıb. O qeyd edib ki, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayına görə, ölkəmiz MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır: "Azərbaycanda transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir problem yoxdur, eyni zamanda vətəndaşlar sosial şəbəkələrdən sərbəst formada istifadə edir. Hazırda Azərbaycanda sosial şəbəkə istifadəçilərin sayı 3 milyondan artıqdır".

F.Şahbazlı toplantıda səslənən ittihamlara cavab olaraq bildirib ki, Azərbaycanda heç bir jurnalist yazısına görə həbs edilməyib: "Burada adı hallanan şəxslər konkret fakt üzrə təqsirli bilinərək həbs olunublar. Zaman-zaman ölkə Prezidenti humanizm prinsiplərinə əsaslanaraq, əfv fərmanları və amnistiya aktları ilə onları azadlığa buraxıb.

Bundan başqa, ayrı-ayrı cinayət işləri ilə əlaqədar aparılan istintaqla bağlı olaraq, ölkədən çıxışına məhdudiyyət qoyulan bir sıra jurnalistlərin araşdırmalar bitdikdən sonra bu məhdudiyyəti aradan qaldırılıb.

Bu baxımdan burada Azərbaycanın ünvanına səslənən ittihamları qərəzli hesab edir və ölkəmizə qarşı münasibətdə ədalətli yanaşma göstərilməsini xahiş edirəm".report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar