Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hacıbala Abutalıbovun 31 ildir işlədiyi başqa bir vəzifəsi də varmış...

Tarix: 17-09-2019 18:05     Baxış: 3192 A- / A+
Hacıbala Abutalıbovun 31 ildir işlədiyi başqa bir vəzifəsi də varmış...

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vəzifəli qocaları ilə bağlı yazı dərc etmişdik.

Həmin yazını çapa hazırlayarkən apardığımız araşdırma zamanı məlum olmuşdu ki, baş nazirin müavini, 75 yaşlı Hacıbala Abutalıbov da vəzifə sahiblərindən biridir. Özü də nə az, nə çox, düz 31 ildir!

Qeyd edək ki, o, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub.

SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

Haqqındakı məlumatlardan o da bəlli olur ki, Hacıbala müəllim 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adına layiq görülüb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

Abutalıbovun barəsində bəhs etdiyimiz 31 illik vəzifəsi isə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postudur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.

Hacıbala müəllimin karyerasının yüksəliş dövrü 1995-ci ilin fevralından başlayıb: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu postu 2000-ci ilədək icra edib.

2000-ci ilin yanvarından 2001-ci ilin yanvarınadək Baş nazirin müavini vəzifəsində çalışıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyinat alıb.
Ötən ildən isə baş nazirin ümavinidir.

Bir sözlə, son 20 ildə Abutalıbov çox yüksək vəzifələr tutub, ancaq digər vəzifəsi bütün bu müddət ərzində də dəyişməz qalıb: o, Fizika İnstitutunun "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri vəzifəsini tutmağa davam edib.

Bəs Hacıbala müəllim həmin vəzifəsinin icrasına nə qədər vaxt ayırır? AMEA-dakı mənbələrimizdən bildirildiyinə görə, o, ikinci iş yerinə demək olar gəlmir, hər halda uzun müddətdir baş nazir müavinini burada görən olmayıb. Lakin mümkündür ki, o, laboratoriyanın faəliyyətini əvvəllər mer, indi isə vitse-premyer kabinetindən icra etsin.

Onu da deyək ki, Abutalıbovun Rusiyada aspirant yoldaşı olmuş akademik Nizami Süleymanov mətbuata müsahibələrindən birində onun vaxtilə Fizika İnstitutunda olduqca səylə işlədiyindən bəhs etmişdi:

"Gecədən xeyli keçmiş işdən çıxıb gedəndə baxırdıq ki, bir otaqda işıq yanır. Gözətçidən soruşurdum ki, bu işıq kimindir? Deyirdi, bu, Hacıbala müəllimin laboratoriyasının işığıdır. Bir-iki dəfə də maraqlanıb yanına qalxmışdım ki, bu vaxt nə işlə məşğuldur. Deyirdi ki, bu hələ harasıdı? Səhərədək işlədiyim vaxtlar olub..."qaynarinfo


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar