Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir

Tarix: 17-09-2019 13:28     Baxış: 3274 A- / A+
Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir

Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

________________________________________________________________________________________________________________________________________
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Millətimizin gələcəyini hazırlayan təhsil sahəsi hər zaman ulu öndərin diqqət və qayğısını hiss edib. Dahi rəhbərin sərəncamı ilə 1998-ci il martın 30-da ölkəmizdə təhsil sahəsində beynəlxalq standartlara uyğun islahatların keçirilməsini müəyyənləşdirən proqramın hazırlanması məqsədi ilə Dövlət Komissiyası yaradıldı. “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də ölkə başçısı tərəfindən təsdiq edildi. Proqramda mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Artıq bu proqramın qəbulundan 20 il ötür. Bu dövrdə milli təhsilimiz sürətli inkişaf yoluna çıxmışdır.
Ulu öndər bu vəzifələrin həyata keçirilməsi üçün mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Məsələn, 2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi idi.
Bundan əlavə, Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanı müstəqil Azərbaycanda ali təhsilin inkişafı və təşkilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda təhsil sürətlə inkişaf etməkdədir. Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəli mövqedədir. Deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb.
Təhsil xərclərinin ilbəil artması Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimizin vurğuladığı “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır. Bu mənada “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramlarının, həmçinin “2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiya”nın qəbul edilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Son 16 ildə Azərbaycan təhsilinin inkişafı ilə bağlı 20-dən çox dövlət proqramı qəbul olunmuşdur. Onların icrası təhsilimizin inkişafına güclü stimul yaratmışdır. Yeni məktəb tikintisi ölkədə prioritet istiqamətə çevrilmişdir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkədə bir dənə də olsun qəzalı məktəb qalmayacaq.
Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı dövlət proqramlarında da öz əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi son 16 ildə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olmuşdur. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və respublikamızın inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam da imzalanıb. Bu gün azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar.
Dünyanın bir sıra ölkələri ilə təhsil sahəsində yaradılmış əməkdaşlıq sonradan xeyli genişlənmişdir. Azərbaycanın hazırda 30-dan çox dövlətlə təhsil əlaqələri vardır. Bu əlaqələr digər ölkələrlə təcrübə mübadiləsinə və ümumilikdə ölkədə təhsilin inkişafına, dünya təcrübəsində istifadə olunan yeni texnologiyaların, təlim strategiyalarının, innovasiyaların tətbiqinə şərait yaradır, beynəlxalq proqram və layihələrin respublikamızda reallaşdırılmasına, eləcə də təhsil sektoruna investisiya cəlbinə imkan verir. Ölkəmizdə təhsilin inkişafı sahəsində dünyanın 40-dan artıq beynəlxalq təşkilatı ilə 100-dən çox birgə layihə və proqram həyata keçirilmiş və ya keçirilməkdədir.
Məktəblərin pulsuz dərslik və bədii ədəbiyyatlarla təminatının diqqət mərkəzində saxlanılması, məktəb kitabxanalarının komplektləşdirilməsi də bu sahəyə göstərilən yüksək dövlət qayğısının parlaq ifadəsi kimi diqqəti cəlb edir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse -prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva daim təhsilin inkişafına böyük töhfələr verməkdədir. Belə ki, ulu öndərin adını daşıyan fondun maliyyə vəsaiti hesabına respublikamızda onlarca təhsil müəssisəsi təmir edilib, tikilib və istifadəyə verilib. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son 16 ildə respublikamızda 400-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Təmirə ehtiyacı olan internat tipli tədris müəssisələri müasir standartlar çərçivəsində yenidən qurulmuş, məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur.
Təhsil müəssisələrinin infrastrukturunun yeniləşməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Son 5 ildə 600-dən çox, 2003-2018-ci illərdə isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Son illərdə modul tipli məktəblərin tikintisinə xüsusi önəm verilir. Yeni tədris ilində 3500 şagird yerlik daha modul tipli 50 məktəbin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Ötən il Azərbaycanda "Təhsil haqqında" Qanunun qəbul edilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyi milli təhsilin inkişafı üçün mümkün olan hər şeyi edir. Qeyd olunan qanunun qəbulundan sonra, təhsil sahəsində çox yeniliklər baş vermişdir.
Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Təhsil işçilərinin əməkhaqları mütəmadi olaraq artırılır, onlara fəxri adlar, Prezident təqaüdləri və digər mükafatlar verilir. Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla həyata keçirilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artmış, onlar arasında sağlam rəqabət və motivasiya güclənmişdir. Bu gün müəllimlik nüfuzlu bir peşəyə çevrilmiş, təhsilin keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlmişdir.
Təhsilin bütün sahələrində yeniləşmə, müasirləşmə sürətlə davam edir. Azərbaycan təhsilinin dünya standartlarına uyğunlaşması üçün mühüm layihələr reallaşdırılır.
Təhsil naziri Ceyhun Bayramovun sözləri ilə desək: “ Müasir dövrün çağırışlarına uyğun olaraq, dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar”.
Bu gün təhsil sahəsində davamlı islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir.

Mönsüm ALIŞOV,
pedaqoji elmlər doktoru, professor

Manevr.az
Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir

Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir

Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar