Sizin Reklam Burada
Xəbər lenti
20 oktyabr
19 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR...

Tarix: 16-09-2019 21:39     Baxış: 360 A- / A+
Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR...

Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə dokotu, bədii qiraət ustası Məleykə Alıoğlu uzun illər çalışdığı ali məktəbdəki işindən çıxarılıb.

Manevr.az bildirir ki, bu barədə modern.az-a Məleykə Alıoğlunun özü məlumat verib.

2 ilə yaxındır ki, işinə bərpa olunacağını gözləyən Məleykə Alıoğlu bildirib ki, o, Mədəniyyət və İncəsənət Universitetinin keçmiş rektoru, hazırda Prezident Adiminstrasiyasında Humanitar şöbənin müdiri olan Fərəh Əliyevanın və hazırkı rektor Ceyran Mahmudovanın sözlərinə inanıb.

Qiraətçi işdən çıxarılma səbəbini modern.az-a danışıb

“Mənim rektorla heç bir münaqişəm olmayıb. Dərslərdə və məşqlərdə üzdə səmimilik görmüşəm. Yəni rektor-müəllim kimi münasibətlərimiz qaydasında olub. Amma baş verəndən sonra anlamışam ki, sən demə mən də növbəti hədəflərdən biri olmuşam. Biz müəllimlər 5 ildən bir seçki yolu ilə öz yerimizə təsdiq olunuruq. Mənim növbəti 5 ilim tamamlananda, bundan xəbərim olmayıb. 2017-ci il noyabrın 18-19-da rektor Fərəh Əliyevanın qəbulunda olmuşam ki, səhhətimlə bağlı mənə öz hesabıma minimum 1 aylıq məzuniyyət versin. Rektorun qəbuluna gertməzdən əvvəl 2-3 dəfə ard-arda tibbi bülleten vermişəm və bülletenin vaxtı bitəndən sonra onun yanında olmuşam. Çünki özümü yaxşı hiss etmirdim və müalicəyə ehtiyacım vardı. Buna görə də rəsmi şəkildə ərizəylə rektora müraciət etdim. O da mənə guya ərklə “Məleykə, sən bizim əzizimizsən, ərizəyə ehtiyac yoxdur” dedi. Sonra Kadrlar şöbəsinə zəng etdi və dedi ki, “dekabr ayında seçkindi, qal və 2-3 ay işlə, sənə istədiyin qədər zaman verəcəm”. Mən isə auditoriyaya həmişə böyük şövqlə girən adam olmuşam. O halımla tələbələrin qarşısına çıxmaq istəmirdim. Soruşdum ki, bəs başqa variant nədir? Dedi ki, “işdən çıxmaq haqda ərizə ver, növbəti sentyabr ayı gələndə səni işə qaytararam”. Rektora dedim ki, 2-3 gün düşünüm, qərarımı bildirəcəm”.

Məleykə Alıoğlu deyir ki, onu gözləməyən keçmiş rektor Fərəh Əliyeva qəzetə seçki ilə bağlı elan verib. “Halbuki, “düşünəcəm” deyib səhhətimdəki problemlər üzündən 3 günlüyə getdim, bir də gördüm ki, noyabrın 23-də elan verib”.

Müsahibimiz deyir ki, sağlamlıq durumu pisləşdiyi üçün bir neçə günlük işə gedə bilməyib. Elə bu da onun işdən çıxarılmasına bəhanə olub.

“Mənə xəbərdarlıq etmədən, evimə xəbərdarlıq məktubu göndərmədən 5 ilimin tamam olması ilə əlaqədar dekabrın 1-də əmr verib. Lakin mən köhnə müqaviləmə baxanda gördüm ki, beş öncə mənim seçkim noyabrda olub. Yəni noyabrın 1-i elan verilmişdi və mən öz yerimə noyabrın 31-də təsdiqlənmişdim. Son seçkidə isə elan noyabrın 23-də verilib. Bunu qəsdən ediblər ki, şikayət etmək haqqını itirim. Üstündən bir ay keçməliydi. Mənə xəbər göndərilməliydi ki, işə bərpa üçün öz yerimə ərizə verim. Deməli, rektor mənim elanımı 23 gün qəsdən gecikdirib, 1 həftə sonra da əmrimi verib. 1 il yarımdır ki mən bu vəziyyətdəyəm.
Fərəh xanım sonra başqa vəzifəyə təyin olundu, yeni rektor da bir az gec gəldi. Mən prorektora müraciət etdim. Daha sonra Prezident Administrasiyasına - Fərəh Əliyevanın yanına getdim. Mənə dedi ki, səni yeni rektora tapşırmışam, gələn kimi get yanına. Getdim, yeni rektor dedi ki, sənin adına dərs saatı yoxdur, növbəti sentyabrı gözlə. Bu sentyabrda da getdim, dedi ki, müəllimlərimi çıxara bilmərəm. Halbuki, onlar yarımştat işçidilər, amma mənim ilk iş yerim ora olub. Mən Universitetin tam ştatlı müəllimi olmuşam, o kafedrada yeganə elmi dərəcəsi olan müəlliməm. Fərəh xanım yanına ancaq öz yaxınlarını yığdı. Rəssamlıq Akademiyasından nöqsanlara yol verdiyinə görə işdən çıxarılan Validə xanım indi bizim Universitetdə prorektordur. Ümumiyyətlə, Fərəh xanımın da, hazırkı rektor Ceyran xanımın da dövründə bütün hər şey Validə xanımın əlində oldu. Validə xanım da sağına da “çapır”, soluna da...”.

Məleykə Alıoğlu bildirir ki, onun rektorla şəxsi problemi olmayıb:

“Amma ümumi problem olub. Çünki mən onun kadr siyasəti, dərs saatlarının azaldılması, bəzi ixtisasların ixtisara salınması məsələləri ilə heç vaxt razı deyildim. Bu məsələləri rektorun özünə demək üçün dəfələrlə getmişəm, amma Validə xanım icazə verməyib ki, burda bütün məsələlərə o baxır.
Fərəh Əliyeva və Ceyran Mahmudova sayəsində universitetdə teatr sənəti geri düşdü. Fərəh xanım ancaq öz rəfiqələrini, Bakı Slavyan Universitetdə işləyən həyat yoldaşının yaxınlarını qeyri-ixtisaslı olmalarına rəğmən Universitetə müəllim gətirdi. Və qeyd edim ki, mənim vəziyyətim digər köhnə müəllimləri də gözləyir. Çünki Fərəh xanımın əvvəldən məqsədi bu olub. Köhnə müəllimləri çıxarmaq, öz ətrafındakıları gətirmək”.

M.Alıoğlu ölkə rəhbərliyinə müraciət edib: “Mən dəstək üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Təhsil nazirinə hələ ki mətbuat vasitəsilə müraciət edirəm”.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar