Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çingiz Abdullayev: "Azərbaycanlılara ticarət xalqı deyəndə özümü təhqir olunmuş hesab edirəm"

Tarix: 16-09-2019 16:43     Baxış: 3120 A- / A+
Çingiz Abdullayev: "Azərbaycanlılara ticarət xalqı deyəndə özümü təhqir olunmuş hesab edirəm"

Sentyabrın 16-da Bakı dəmir yolu vağzalında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin imza günü keçirilib.

Manevr.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrinin birinci müavini Əlirza Süleymanovun da iştirak etdiyi görüşdə Çingiz Abdullayev bilik günü münasibəti ilə oxucuları təbrik edib: "Məktəbliləri görəndə atamın məni məktəbə apardığı illəri xatırladım. Sevinirəm ki, qızlarımız bu gün təhsil alırlar, oxuyurlar".

O, yazıçıların tarixin sınağından hər zaman keçdiyini vurğulayıb: "Mən hər dəfə Gəncəyə gedəndə baxıram, oranın nə qədər hakimi olub, ancaq heç birinin abidəsi yoxdur, Nizaminin abidəsi isə var".

Ç. Abdullayev Azərbaycanda kitab mağazalarının çoxalmasına sevindiyini vurğulayıb: "Kitab mağazaları nə qədər çox olsa, o qədər yaxşıdır. Vaxtı ilə Qız Qalasının yanında kitab mağazası var idi. Oranı bağlayıb" kalqotka" mağazası və bərbərxana elədilər. Məni bağışlayın, amma mən "kalqotka" geyinmirəm, saçımı da görürsünüz, bərbərə ehtiyac yoxdur. Amma sevindiricidir ki, Bakıda yenidən kitab mağazaları fəaliyyət göstərməyə başlayır. Deyəndə ki, Azərbaycan xalqı ticarət xalqıdır, mən özümü təhqir olunmuş hesab edirəm. Çünki müsəlman Şərqində ilk opera, ilk balet bizdə yaranıb. Bunları yaradanlar məgər kitab oxumayıb? Belə dühalar yaradan xalq necə ticarətçi demək olar".

Daha sonra Ç. Abdullayev kitablarını imzalayıb.apa


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar