Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir?

Tarix: 15-09-2019 18:25     Baxış: 3168 A- / A+
İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir?

Sentyabrın 19-da iş adamı Etimad İsmayılovun Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilməsinin 1 ili tamam olacaq.

Etimad İsmayılov Azərbaycanda fəaliyyət göstərən Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.

Manevr.az xəbər verir ki, modern.az saytı ötən bir il ərzində aparılan istintaqın gedişi barədə məlumat öyrənmək üçün İlyas İsmayılovla əlaqə saxlamağa çalışsa da, bu, alınmayıb.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə bildirib ki, Etimad İsmayılovun cinayət işi ilə bağlı hələ ki yenilik yoxdur:

"İstintaq davam edir. Cinayət işinin bu qədər uzadılması barədə istintaq Etimad İsmayılovun ailəsinə heç bir məlumat verməyib. Görünür, istintaq orqanları işin təfərrüatlarını araşdırmağa çalışırlar”.

Partiyanın sədr müavini bildirib ki, Etimad İsmayılovun ailəsi qətl hadisəsinin bütün təfərrüatlarının açılmasını istəyir:

"Hər halda, istintaqın bu qədər müddətdə davam etməsi onu göstərir ki, iş dərindən araşdırılır. Ümid edirik ki, bütün detallar çılpaqlığı ilə üzə çıxacaq”.

İş adamı Etimad İsmayılov 2018-ci il sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq, dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.

E.İsmayılov Ədalət Partiyası sədrinin birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.

Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar