Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə Mübariz İbrahimovun adını daşıyan zirvəyə yürüş olacaq

Tarix: 14-09-2019 16:47     Baxış: 3155 A- / A+
Türkiyədə Mübariz İbrahimovun adını daşıyan zirvəyə yürüş olacaq

Türkiyənin İqdır vilayətində Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun simvolik adı verilən zirvədə Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq.

Manevr.az xəbər verir ki, Azərbaycanın Qarsdakı Baş Konsulluğundan qaynarinfo-ya verilən məlumata görə, vilayətin Tuzluca rayonunda yerləşən Təkaltı dağının zirvəsinə hər iki dövlətin uzunluğu 10 metr olan bayraqları və Mübariz İbrahimovun portreti (90X70 sm) yerləşdiriləcək.

Qeyd olunub ki, sentyabrın 16-da vilayət mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Sentyabrın 17-də isə baş konsul Nuru Quliyev, Azərbaycanın tanınmış ziyalıları, Türkiyənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə vətənpərvərlik mövzusunda konfrans keçiriləcək.

Qeyd edək ki, dağ idmançılarının marağını çəkən, turistləri cəlb edən Təkaltı dağının cənub zirvəsinə keçən il Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu (AKUD) tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar