Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni qalmaqal və ya 27 il öncə Əliyevə müraciət edən “91-lər” – KİMLƏRDİR? – SİYAHI

Tarix: 14-09-2019 16:25     Baxış: 41 053 A- / A+
Yeni qalmaqal və ya 27 il öncə Əliyevə müraciət edən “91-lər” – KİMLƏRDİR? – SİYAHI

Son günlər mediada və sosial şəbəkələrdə 27 il öncə, oktyabr ayının 16-da eks-prezident mərhum Heydər Əliyevə müraciət edən məşhur “91-lər”in kimliyi məsələsi ətrafında müzakirələr, diskussiyalar getməkdə, hətta, qarşılıqlı ittihamlar səslənməkdədir.

Manevr.az-ın etikxeber.az-a istinadən xəbərinə görə, bu müzakirələr xüsusilə, məşhur “91-lər”dən və hakim partiyanın qurucularından olan tanınmış siyasətçi, professor, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti və Siyasi Şurasının üzvü, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun mətbuata son müsahibəsi və açıqlamasından sonra daha da sürətlənib.

Bəzi media təmsilçiləri, sosial şəbəkə iştirakçıları E. İbrahimov haqqında ittihamlar səsləndirərək, onun Əliyevçi, “91-lər”dən biri olmasına şübhə ilə yanaşdıqlarını bildiriblər.

Şübhə ilə yanaşanlar arasında hətta, zamanında E. İbrahimovla parlamentdə birgə fəaliyyət göstərmiş və onun rəhbərlik etdiyi komitədə (daimi komissiyada) təmsil olunmuş YAP-çı sabiq deputatlar da var.

Ancaq hansı ki, faktlar başqa şeylər deyir…
Yeni qalmaqal və ya 27 il öncə Əliyevə müraciət edən “91-lər” – KİMLƏRDİR? – SİYAHI

Yeni qalmaqal və ya 27 il öncə Əliyevə müraciət edən “91-lər” – KİMLƏRDİR? – SİYAHI

Odur ki, müzakirələrin davam etməsini və aktuallıq kəsb etməsini nəzərə alaraq, mərhum H. Əliyevi yenidən böyük siyasətə qayıdışa, onu partiya yaratmağa səsləyən müraciət müəlliflərini, məşhur “91”-ləri oxucuların və izləyicilərin diqqətinə çatdırırıq:

Siyahı:

1. Ziya Bünyadov.
2. Fərəməz Maqsudov.
3. Ömər Eldarov.
4. İqrar Əliyev.
5. Kərim Kərimov.
6. Məmmədtağı Cəfərov.
7. Sabir Hacıyev.
8. Xəlil Rza Ulutürk.
9. Sirus Təbrizli.
10. Zeynəb Xanlarova.
11. Əli Ömərov.
12. Eldar İbrahimov.
13. Mixail Zabelin.
14. Əlfəddin Abdullayev.
15. Murtuz Ələsgərov.
16. Əkbər Bayramov.
17. Zahid Qaralov.
18. Həsən Quliyev.
19. Adil Qasımov.
20. Əjdər İsmayılov.
21. Fikrət İsmayılov.
22. Şahlar Əsgərov.
23. Mübariz Əhmədov.
24. Əli Nuriyev.
25. Ədalət Fərəcov.
26. Həsən Mirzəyev.
27. Zahid Xəlilov.
28. Vilayət Əliyev.
29. Abbas Səmədov.
30. Ağababa Mahmudov.
31. Şəmistan Mikayılov.
32. Səfiyar Musayev.
33. Əsədulla Qurbanov.
34. Musa İlyasov.
35. Tələt Qayıbov.
36. Məmməd Məmmədov.
37. Rafiq Əminzadə.
38. Lalə-Şövkət Hacıyeva.
39. Eldar Abbasov.
40. Əli İnsanov.
41. Fuad İsmayılov.
42. Əlişir Musayev.
43. Hüsü Kərimov.
44. Rafiq Məmmədhəsənov.
45. Məmməd Nəsirov.
46. İbrahim İsayev.
47. Faiq Səfərov.
48. Sudeyf İmamverdiyev.
49. Liliya Luqovaya.
50. Hacıbala Abutalıbov.
51. Novruz Quliyev.
52. Əmir Mərdanov.
53. Sabir Xəlilov.
54. Pənah Mahmudov.
55. İsgəndər Quliyev.
56. Zakir Sərdarov.
57. Əli Əhmədov.
58. Əli Nağıyev.
59. Maqsud Nəcəfov.
60. Heydər Hüseynov.
61. Nəbi Əsgərov.
62. Allahverdi Hacıyev.
63. Tofiq Hüseynov.
64. Məmməd Məmmədov.
65. Musa Heydərov.
66. Hacı Hacıyev.
67. Nəzir Əhmədov.
68. Allahyar Hüseynov.
69. İbrahim Əzizov.
70. Aydın Əhmədzadə.
71. Vidadi Acalov.
72. Səbir Dünyamalıyeva.
73. Georqi Savoskin.
74. Lüdviq Muradov.
75. Rəfael Allahverdiyev.
76. Asif Cahangirov.
77. Rafiq Qasımov.
78. Kərim Kərimov.
79. Munis Bayramov.
80. Möhsün Möhsünov.
81. Ağabəy Əsgərov.
82. Vüqar Rəhimzadə.
83. Rizvan Cəbiyev.
84. Ariz Abduləliyev.
85. Əziz Axundov.
86. Mirzə Əsgərov.
87. Xeyrəddin Qoca.
88. Səlahəddin Quliyev.
89. Ziya Paşa.
90. Vüqar İsmayılov.
91. Tahir Məmmədov.


Onu da qeyd edək ki, mərhum eks-prezident H. Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “91-lər” barədə bu sözləri deyirdi:

“91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm. Bu gün də onların hamısına – dünyadan gedənlərə Allahdan rəhmət diləyirəm, indi bizimlə bərabər olanlara səmimi qəlbdən təşəkkür edirəm. Ona görə yox ki, 91-lərin müraciəti, – sizinlə açıq danışıram, – mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Siz bilirsiniz ki, biz partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular”.

Hımçinin, qeyd edək ki, “91-lər” H.Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər bu müraciətə qoşulmaq istəməyib. Bu barədə isə H.Əliyev çıxışında bunları deyirdi:

“Partiyanın yaranma prosesini sona çatdıran 91-lərin mənə ünvanlanmış məktubudur. Mən bu 91 şəxsi çox yüksək qiymətləndirirəm, onların hamısına öz hörmət və ehtiramımı, xüsusi minnətdarlığımı və təşəkkürümü bildirirəm. 91-lərdən həyatını dəyişənlər var – Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Xəlil Xəlilov. Onların gördükləri işlər, xidmətlər bizim partiyanın və hər bir şəxsin, o cümlədən mənim qəlbimdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin. Mən bilirəm ki, onlar bəlkə də o vaxt bunu mənə deməmişdilər, amma bunu mən sonralar bildim. Bu 91-lər həqiqətən çox cəsarətli adamlar olmuşlar. Çünki bu məktubu hazırlayıb, bu məktubla həmrəy olmaq istəyən adamlarla danışıq aparanlar bəziləri ilə danışmışlar, görüşmüşlər, ancaq onlar həmin məktuba imza atmaqdan imtina etmişlər”.
Yeni qalmaqal və ya 27 il öncə Əliyevə müraciət edən “91-lər” – KİMLƏRDİR? – SİYAHI

(Heydər Əliyevin 1997-ci ildə 91-lərlə görüşü)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar