Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu mənəviyyatsızlar tapılmalıdır, polisə müraciət etmişik" - Mərhum pilotun qayınatasından AÇIQLAMA

Tarix: 13-09-2019 15:48     Baxış: 4142 A- / A+
"Bu mənəviyyatsızlar tapılmalıdır, polisə müraciət etmişik" - Mərhum pilotun qayınatasından AÇIQLAMA

"Biz bu xəbəri yaxınlarımızdan öyrəndik. Kimlərsə instaqramda qızım Könül Hüseynovanın adına saxta profil açaraq ailələrinin köməyə ehtiyacı olduğunu söyləyir və bununla bağlı hansısa yardım toplamaq kampaniyası başladıblar”.

Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında şəhid pilot Rəşad Atakişiyevin qayınatası politoloq Qabil Hüseynli söyləyib.

Qızı Könül Hüseynovanın ailəsinin heç bir yardıma ehtiyac duymadığını vurğulayan Hüseynli bu ifadələri dilə gətirib.
"Guya qızımın övladlarının xəstəliyi ilə bağlı Türkiyədə müalicəsi üçün pul toplanır. Könülün övladları tam sağlamdır və heç bir müalicəyə də ehtiyacları yoxdur. Mənim qızımın heç bir sosial şəbəkədə hesabı yoxdur. Qızım Könül Hüseynova Musiqi Akademiyasının dosentidir, dövlətdən qənaətbəxş maaş alır. Üstəlik ona böyük ehtimalla dövlət də övladlarına görə pensiya kəsəcək. Nəyə isə ehtiyacı olacağı halda isə Könül tək deyil, onun ailəsi həmişə yanındadır”.
Çirkin kompaniyanı başladanları "mənəviyyatsız” adlandıran politoloq artıq hüquq-mühafizə oranlarına müraciət etdiklərini və təqsirkarların ən yaxın zamanda cəzalandırılacaqlarına inandıqlarını bildirib.
"Belələri mənəviyyatsız adamlardır. Bu iyrənc kompaniya şəhidimizə, onun ruhuna, ümumiyyətlə bütün şəhidlərimizə sayğısızlıqdır. Biz artıq hüquq – mühafizə orqanlarına ərizə ilə müraciət etmişik. Ən yaxın zamanda bu işlərin icraçılarının cəzalandırılacağına əminəm”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar