Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...

Tarix: 13-09-2019 15:10     Baxış: 3198 A- / A+
Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...

İyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin ailəsi ictimaiyyətə müraciət edib.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, mərhum pilotun qardaşı Nicat Atakişiyev kimlərinsə insanların Rəşada sevgisindən istifadə etmək istədiyini qeyd edib.

"Kimsə Rəşad Atakişiyevin həyat yoldaşı Könül xanımın adından profil açıb, Rəşadın adından istifadə edərək pul toplayır. Dostlar, sizdən xahişim budur, hər kəs bilsin ki, Rəşadın adından istənilən heç bir şeyə qarşılıq verməyin və inanmayın. Bu insanı da axtarıb taparıq, inşallah. İnsanlar bilsin ki, kimsə Rəşadın üzərindən ailəsi adından pul yığır. Aldığım məlumat belədir".

Nicat Atakişiyev qardaşının xanımının da müraciətini sosial mediada paylaşıb:

"Könül xanımın adından sosial şəbəkələrdə "Rəşad Atakişiyev" adı ilə səhifələr yaradılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, Könül xanım heç bir sosial şəbəkədən istifadə etmir və heç bir digər adlarla səhifələr yaratmayıb. Zəhmət olmasa, belə hallarla rastlaşdıqda, o saxta adlı insanları ifşa edin".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar