Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisin deputatı Rusiyada 6.5 milyon dollara sanatoriya aldı - ŞƏKİLLƏR

Tarix: 12-09-2019 18:20     Baxış: 4228 A- / A+
Milli Məclisin deputatı Rusiyada 6.5 milyon dollara sanatoriya aldı - ŞƏKİLLƏR

Milli Məclisin deputatı, "Karat Holdinq"in sahibi Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb.

Manevr.az demokrat.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı "İstoçnik" sanatoriyalarının ardınca Kislovodskdakı köhnə "Voronej" sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib.

Müştəri qismində Əsabil Qasımovaun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.

Təsisçiləri Əsabil Qasımovun "Karmen" MMC (8.000 rubl və ya 80%) və deputatın digər şirkəti Aqros MMC-dir (ООО "АГРОС”, 2 000 rubl və ya 20%).
"Voronej" sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb.

"100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytaracaq. Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər" deyə jurnalist qeyd edib.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.


Manevr.az

Milli Məclisin deputatı Rusiyada 6.5 milyon dollara sanatoriya aldı - ŞƏKİLLƏR

Milli Məclisin deputatı Rusiyada 6.5 milyon dollara sanatoriya aldı - ŞƏKİLLƏR

Milli Məclisin deputatı Rusiyada 6.5 milyon dollara sanatoriya aldı - ŞƏKİLLƏR

Milli Məclisin deputatı Rusiyada 6.5 milyon dollara sanatoriya aldı - ŞƏKİLLƏR



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar