Sizin Reklam Burada
Xəbər lenti
10 dekabr
09 dekabr
BÜTÜN XƏBƏRLƏR

Şuşa türməsindəki girovlarımız azad edilə bilər - Rusiyadan vasitəçilik çağırışı

Tarix: 11-09-2019 09:30     Baxış: 487 A- / A+
Şuşa türməsindəki girovlarımız azad edilə bilər - Rusiyadan vasitəçilik çağırışı


Politoloqlar hesab edir ki, Rusiya XİN-in mövqeyi ümidvericidir və rəsmi İrəvan buna müsbət cavab verərsə...

Məlum olduğu kimi, ötən həftəsonu Rusiya və Ukrayna arasında əsirlərin dəyişdirilməsi mümkün olub. 35 nəfər ukraynalı əsirlə 35 nəfər rusiyalı əsir dəyişdirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “2+2" formatında Rusiya və Fransa xarici işlər və müdafiə nazirlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, Rusiya və Ukrayna arasında ”35-ə 35" formatında əsir və girovların mübadiləsi Donbasda vəziyyətin həllinə kömək edəcək: “Biz ”35-ə 35" formatında baş tutan mübadilədən məmnunluğumuzu ifadə etmişik.

Ümid edirik ki, bu, Donbasdakı böhranın həlli ilə yanaşı, Ukrayna-Rusiya münasibətlərinin normallaşacağını, Poroşenko hökumətinə məxsus olan aqressiv anti-Rusiya siyasətinin dəyişəcəyini gözləməyə imkan verən yaxşı bir siqnaldır".

Rusiya ilə Ukraynanın əsirlər məsələsində anlaşması azərbaycanlı əsirlərin məsələsini bir daha aktuallaşdırır. Məlum olduğu kimi, Dilqəm Əsgərov və Şahbaz Quliyev də 5 ildən artıqdır Ermənistan tərəfindən Şuşa türməsində girov saxlanılır. Azərbaycan tərəfində isə iki erməni diversant həbsdədir. Azərbaycanlı girov Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Bu nüans əslində Rusiyanın öz vətəndaşının azad olunmasına çalışmasını məntiqli edir. Lakin bu günə qədər Rusiya tərəfindən belə bir cəhdin edildiyi müşahidə olunmayıb. Rusiya ən yaxşı halda Azərbaycan tərəfindən bir il öncə irəli sürülən əsir və girovların hamının hamıya prinsipi ilə dəyişdirilməsi təklifini təqdir edib. Lakin Ermənistana bu təklifi qəbul etməsi üçün ciddi təsir göstərməyib.

Ukrayna ilə Rusiya əsirləri dəyişdirəndən sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında bəyan edib ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin tərəfləri əsir və girovların dəyişdirilməsi məsələsində Rusiyaya müraciət edə bilər: “Bizim işlək mexanizmlərimiz var. Minsk Qrupunun həmsədrləri fəaliyyət göstərir. Ehtiyac yaranarsa, müəyyən mexanizmlərin işə salınması üçün onlar da tərəflərə əlavə dəstək verə bilərlər”.

Politoloqlar isə hesab edir ki, Zaxarovanın bu çıxışı ümidvericidir. Rəsmi İrəvan buna müsbət cavab verərsə, o zaman əsirlərin Azərbaycana qaytarılması mümkün ola bilər. Siyasi şərhçilərin fikrincə, əslində M.Zaxaraovanın bu çağırışından çox şey gözləmək olar. Çünki Rusiya münaqişənin nizamlanmasında mühüm fiqurdur. Amma yenə də Ermənistanın hansı reaksiya verəcəyi sualı açıq qalır.

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirdi ki, Rusiya əsirlərin qaytarilmasına kömək edə bilər. Əhməd Şahidov xatırlatdı ki, bu il aprelin 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvana müraciət edərək əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsinə müsbət cavab verilməsini istəmişdi.

Bundan sonra iyunun 28-də ilk əsir və girovların dəyişdirilməsi prosesi baş tutdu: “16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.

Biz çox istəyirik ki, bu proses mərhələli şəkildə deyil, tam bir proses olaraq yekunlaşsın. Mariya Zaxarovanın bu çıxışı birmənalı olaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevi əhatə edir. Azərbaycan bu dəyişdirilmə prinsipinə çoxdan hazırdır.

Artıq söz rəsmi İrəvandadır. Ermənistan tərəfi Mariya Zaxarovanın bu çağırışına müsbət cavab verməlidir. Nəhayət ki, gözlənilən əsir və girovların dəyişdirilməsi prosesi baş tutmalıdır. Əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi ilə Azərbaycan tərəfi çıxış edib. Bu təklifi Rusiya və digər həmsədr ölkələr də dəstəkləyir. Hələ ki məsələyə Ermənistan tərəfi müsbət mövqe nümayiş etdirmir. Ermənistan hakimiyyətinin bu təklifə və Rusiyadan olan çağırışa müsbət münasibət ortaya qoysa, bu, Ermənistanın da xeyrinə olar".

Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda yaxınlarının məzarını ziyarət etmək üçün Ermənistanın işğalı altında olan Kəlbəcər rayonuna gediblər. İşğalçı Ermənistan ordusunun əsgərləri onları ələ keçirib. Dağlıq Qarabağda onlara qondarma məhkəmə qurulub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 20 il azadlıqdan məhrum edilib. 5 ildən artıqdır hər iki mülki azərbaycanlı Şuşa türməsində girov saxlanılır.

Azərbaycan tərəfində isə hazırda iki erməni diversant (Arsen Baqdasaryan, Karen Kazaryan), bir erməni əsgər Kazaryan Aro Xaykoviç saxlanılır.

Etibar SEYİDAĞA








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar