Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərdən Türkiyənin rəsmi saytında Bakıya qarşı təxribat – ŞƏKİL

Tarix: 10-09-2019 23:06     Baxış: 4216 A- / A+
Ermənilərdən Türkiyənin rəsmi saytında Bakıya qarşı təxribat – ŞƏKİL

“Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” İB 8 sentyabr 2019-cu ildə təşkilata daxil olan məlumat əsasında Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və digər aidiyyəti qurumlara müraciət edib.

AGAH-ın İctimaiyyətlə əlaqələr və media departamentindən axar.az-a verilən məlumata görə, Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İB-yə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi tərəfindən hazırlanmış Van Akdamar Kilsəsinin “Akdamarkilsesi.gov.tr” internet saytında yerləşdirilən xəritədə tarixi Azərbaycan torpaqlarının böyük bir hissəsi erməni ərazisi kimi göstərilib. Həm Türkiyə, həm də Azərbaycan Respublikasının milli maraqlarına zidd olan, tarixi həqiqətləri təhrif edən bu mövzu ilə əlaqədar AGAH rəhbərliyi Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və digər aidiyyəti qurumlarla əlaqəyə keçərək, sözügedən xəritənin həqiqəti əks etdirmədiyini, xəritənin təhrif edilərək əzəli Azərbaycan torpaqlarının erməni əraziləri olaraq göstərildiyini rəsmilərin diqqətinə çatdırıb və xəritənin dərhal vurğulanan saytdan yığışdırlmasını xahiş edib.

AGAH-ın məsələyə müdaxiləsindən bir neçə saat sonra xəritə “Akdamarkilsesi.gov.tr” internet səhifsindən silinib.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə məxsus “Akdamarkilsesi.gov.tr” internet saytında saytında yerləşdirilmiş və 10-cu əsrə aid olduğu bildirilən xəritədə tarixi Azərbaycan torpaqlarının böyük bir hissəsinin, o cümlədən də Qarabağ, Zəngəzur, Göyçə, İrəvan və Naxçıvanın ermənilərə aid olduğu açıq şəkildə qeyd olunmuşdu.

AGAH göstərdikləri operativ reaksiyaya görə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə və digər qurumlara təşəkkür edib.


Manevr.az

Ermənilərdən Türkiyənin rəsmi saytında Bakıya qarşı təxribat – ŞƏKİL

Ermənilərdən Türkiyənin rəsmi saytında Bakıya qarşı təxribat – ŞƏKİL

Ermənilərdən Türkiyənin rəsmi saytında Bakıya qarşı təxribat – ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar