Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gəncədə Əhməd Cavadın xatirə lövhəsi iki ildir yoxa çıxıb, heç kim xəbər tutmayıb - AÇIQLAMA

Tarix: 09-09-2019 20:17     Baxış: 3180 A- / A+
Gəncədə Əhməd Cavadın xatirə lövhəsi iki ildir yoxa çıxıb, heç kim xəbər tutmayıb - AÇIQLAMA

Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 (keçmiş Zərrabi küçəsi) ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsinin yoxa çıxması məsələsi araşdırılır.

Manevr.az bildirir ki, bunu oxu.az-a açıqlamasında özünü Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin nümayəndəsi kimi təqdim edən Gülnar adlı xanım şairin yaşadığı binaya vurulan xatirə lövhəsinin 2017-ci ildə yoxsa çıxmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, lövhənin kim tərəfindən və niyə götürüldüyü məlum deyil:

"Hazırda məsələ Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılır. Bir cavab olan kimi məlumat veriləcək. Xatirə lövhəsi 2017-ci ildə tarixi binanın fasadı yenilənəndə götürülüb. Amma sonradan yerinə qoyulmayıb.

Lövhəni kim tərəfindən və niyə götürüldüyü məlum deyil. Hazırda araşdırma gedir. Lövhənin təmirdən sonra niyə yerinə qoyulmadığı müəyyənləşdiriləcək. İndi həmin ünvanda özəl bağça yerləşir".

Qeyd edək ki, Əhməd Cavad 1906-cı ildən ömrünün sonuna qədər Gəncədəki həmin evdə yaşayıb.

Azərbaycan Dövlət Himninin sözlərini də məhz bu evdə yazıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar