Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Soros və ermənilərin yeni oyunu: terrorçulara silahı kim satır, kim verir? - ARAŞDIRMA - ŞƏKİLLƏR

Tarix: 09-09-2019 19:22     Baxış: 4340 A- / A+
Soros və ermənilərin yeni oyunu: terrorçulara silahı kim satır, kim verir? - ARAŞDIRMA - ŞƏKİLLƏR

Bolqar jurnalist Dilana Qaytanciyevanın Balkan ölkələrindən Yaxın Şərqdəki terrorçu qruplaşmalara silah və hərbi texnika satılması ilə bağlı "araşdırma"sını ciddi qəbul edənlər var. Daha doğrusu, bu "araşdırma"nı Azərbaycanı hədəfə almaq üçün "ciddi" qəbul etdirməyə çalışanlar var.

Səbəb nədir?

Terrorçulara kim silah satır, əsləhə və sursatı kim verir?

Lap əvvələ yollanaq.

İki il əvvəl, iyulun 2-də Corc Sorosun "Açıq Cəmiyyət İnstitutu"nun (Open Society Institute, OSI) və ABŞ-dakı bir sıra fondların maliyyələşdirdiyi "Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi" (OCCRP) şəbəkəsi birgə "məhsul"unu ortaya qoydu.

"Araşdırma" Azərbaycanın "Silk Way" aviaşirkəti barədə idi. Həmin yazıdakı "fakt"ların uydurma və saxta olması az sonra arqumentlərlə sübut olundu.

Şəbəkə bir müddət susdu. Amma sakitləşməkdən və ya niyyətdən əl çəkməkdən söhbət belə, gelə bilməzdi.

Corc Soros, ABŞ-dakı bəlli fondlar unikal, hətta paradoksal şəkildə Rusiyadakı konkret qruplarla işbirliyinə başladılar. Həmin qruplar Rusiya ilə Azərbaycan arasındakı sıx və möhkəm əlaqələri maksimal dərəcədə zəiflətmək niyyətində idilər. Kampaniya beləcə, yenidən başlandı, "Silk Way" aviaşirkətinin dünyanın münaqişə zonalarına silah daşıması haqqında "sensasiyalı araşdırma"lar sıralandı.

Daha sonra Bolqarıstanın "Trud" ("Əmək") qəzetində qalmaqallı "araşdırma"ları ilə ad çıxarmış jurnalist Dilayana Qastanciyevanın "Terrorçular üçün silah daşıyan 350 diplomatik aviareys" ("350 diplomatic flights carry weapons for terrorists") başlıqlı məqaləsi dərc olundu.

Əslən erməni olan müəllif Qastancyan iki hissəli "araşdırma"sında Azərbaycanı terrorçularla əlbirlikdə ittiham edirdi.

Qastancyan-Qastanciyeva xüsusilə vurğulayırdı ki, bütün faktları, sənədləri və yazışmaları ona "Anonymous Bulgaria" haker qrupu verib.

Dilyana Qastancyan-Qastanciyeva yeni "araşdırması" ilə əslində 2016-cı ilin dekabrın 30-da dərc olunmuş "Bolqarıstan mücahidlərə silah satmaqdan imtina etmir" məqaləsinin refren kimi təkrarlayıb, sadəcə, aldığı, daha doğrusu, ona dərci tapşırılmış "fakt"ları əlavə edib.

Əgər əvvəlki məqalələrində Danimarkanın "H. Folmer & Co" aviaşirkəti "hədəf" seçilmişdisə və bu aviaşirkətin ABŞ-ın "Chemring" və "Orbital ATK" firmaları ilə sıx əlaqələrindən bəhs olunurdusa, yeni "araşdırma"da tək hədəf Azərbaycanın "Silk Way" aviaşirkəti idi.

Özü də daşınan hərbi yüklərin əksəriyyətinin istehsalçısı kimi isə Bolqarıstanın "Vazovskiy maşinostroitelnıy zavod"u göstərilirdi.

Səbəb?

Araşdırdıq.

Məlum oldu ki, bəhs olunan zavoda Ermənistanın Müdafiə Nazirliyi 2015-2018-ci illərdə 38 (!) dəfə müraciət edib, silah və hərbi sursat almaq istəyini bəyan edib. Hər dəfə də bolqarlar rədd cavabı veriblər.

O da maraqlıdır ki, D.Qastanciyeva yazısını hazırlayarkən Ermənistandakı 5 nömrəyə 28 dəfə, ABŞ-dakı 4 nömrəyə 124 (!) dəfə zəng vurub. Həmin nömrələrin biri "Soros Fondu"nun, ikisi isə C.Sorosun təşkilatları ilə sıx bağlı olan iki şəxsə məxsusdur. Daha bir nömrə isə Amerika Erməni Assambleyasının Vaşinqton ofisinə məxsusdur.

Eyni zamanda, D.Qastanciyevanın "müstəqil araşdırma"larının təxmini təkrarı, faktiki olaraq eyni məzmunda və ruhda olan "araşdıma"lar Rusiyanın "Eurasia Daily" saytında dərc olunur.

Rusiyanın hakimiyyət dairələrindəki iki qruplaşmanın tam nəzarətində olan "EAdaily" isə məlumatları və faktları D.Qastanciyevanın iddia etdiyi kimi, "anonim haker qrup"lardan yox, "Rusiyanın xüsusi xidmət orqanlarındakı etibarlı mənbələr"dən aldığını iddia edir.

Maraqlı dissons müşahidə olunur: hər iki resurs praktiki baxımdan eyni məzmunlu iddialarla çıxış edir, eyni fotoları yayır, yeni "fakt"lara istinad edir, amma fərqli "mənbə"lərdən yararlandığını iddia edir.

"EADaily"nin baş redaktoru İrina Fedinanın bir çox məsələlərdə qərəzli, subyektiv mövqe tutması sirr deyil.

Necə ki, "EADaily"nin "Yaxın Şərq" şöbəsinə erməni Mixail Ağacanyanın, "Cənubi Qafqaz" şöbəsinə isə Lüsine Davtyanın rəhbərlik etmələri də faktdır.

"SilkWay" aviaşirkətinə gəldikdə isə, Azərbaycanın bu aviaşirkətinin ABŞ-ın Müdafiə Nazirliyindən və NATO-dan aldığı bütün sifarişlər istisnasız olaraq müqavilələr əsasında reallaşdırılıb. Aviaşirkətin NATO ilə münasibətləri sirr deyil, stabildir və "SilkWay" məhz həmin sifarişlər əsasında dünyanın müxtəlif bölgələrinə tamamilə qanuni əsaslarla yük daşımalarını reallaşdırır.

Və ən nəhayət, sadəcə, bolqar dilində nəşr olunan "Trud" qəzetində D.Qastancyan-Qastanciyevanın məqalələrinin dərhal ingilis dilinə tərcümə edilməsini də təsadüf saymaq sadəlövhlük olardı.

Necə ki, Bolqarıstan XİN-nin Azərbaycanın Sofiyadakı səfirliyi ilə yazışmalarını hansısa "haker"lərinin ələ keçirmələrinin iddia olunması da cocuq nağılıdır.

Qayıdaq D.Qastancyan-Qastanciyevanın "araşdırma"larına.

Əsas fabulda odur ki, Azərbaycanın aviaşirkətindən, sən demə, "diplomatik toxunulmazlıq" pərdəsi altında silah və sursat daşımaq üçün istifadə olunur.

Müəllifin iddiasına görə, Səudiyyə Ərəbistanının puluna, ABŞ-ın Müdafiə Nazirliyi ilə sıx bağlı olan şirkətlər vasitəsilə Serbiyada, Rumıniyada, Bosniya-Hersoqovinada, Bolqarıstanda, Sloveniyada və Çexiyada köhnə sovet silahları "Əfqanıstan və İraqın güc strukturlarına verilmək" adı altında satın alınıb. Sonra, sən demə, həmin silahlar Azərbaycandan keçirilərək Yaxın Şərq və Şimali Afrika ölkələrindəki ekstremist qruplaşmalara verilib.

Verilmiş silahların ümumi məbləği 300 milyon dollardan artıqdır. Əsas müştərilər arasında ABŞQ-ın Xüsusi Əməliyyatlar Komandanlığı (USSOCOM) var.

Yəni yüz milyonlarla dollarlıq silahlar Suriyada, İraqda, Tunisdə, Yəməndəki qruplaşmalara bağışlanıb. Həmin qruplaşmalar arasında "İraq və Şam İslam Dövləti" (İŞİD) olduğu da vurğulanır.

Primitiv sxem cızılır: Balkan ölkələrində alınan silahlar Əfqanıstana göndərilir, oradan da İŞİD kimi terrorçu təşkilatlara, habelə Suriya və Yəməndəki qruplaşmalara yollanır.

"Araşdırma" ilə bağlı suallar çoxdur, həddən çox.

Məsələn, müəllif Əfqanıstana çatdırılmış silahların "sonrakı taleyi"ni araşdırmayıb və ya ona araşdırmaq yasaqlanıb. Məqalələrin mətni bu yerdə qırılır.

Müəllif silahların Əfqanıstana daşınmasının "təfərrüatları"ndan uzun-uzadı bəhs edir, amma elə ABŞ-ın Yəməndə ən müxtəlif qruplaşmaları necə silahlandırıb bir-birinin üstünə salmasından bir kəlmə də yazmır.

Yaza da bilməz, çünki belə olardısa, sifarişçiyə qarşı çıxardı.

Bundan başqa, ABŞ nə üçün, hansı səbəblərə görə, nə məqsədlə Yəməndəki İŞİD-i dəsətkləməlidir? İŞİD-çilər Yəməndə hansısa ciddi əraziyə nəzarət etmirlər, dağlıq ərazilərdə kiçik məkanlarla kifayətləiblər. Bir neçə yüz üzvü olan bu dəstə Yəməndə vətəndaş müharibəsinin bütün tərəfləri ilə döyüşür.

Yəmənin şimalına nəzarət edən husilərlə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının bəslədiyi və Yəmənin cənubunu əldə saxlayan, husilərə düşmən olanlarla, hətta "Ərəbistan Yarımadasında Əl-Qaida" qruplaşması ilə.

Belə olan təqdirdə əcəba, silah daşıyan təyyarə harada yerə enməli idi ki, sursatı İŞİD-çilərə çatdırmaq mümkün olsun?! Olmaya silah yeşiklərini birbaşa təyyarədən paraşütlə atıblar?!

Yəməndəki İŞİD-in məhdud saylı əməliyyatlar keçirdiyini və onlara ayda 40-50 mərminin bəs edəcəyini nəzərə alsaq, bunca mürəkkəb sxem qurmağa ehtiyac vardımı?!

Təbii ki, yox.

Sərfəlilik və rentabellilik yalnız o zaman mümkündür ki, silahlar böyük qruplaşmaya, məsələn, Səudiyyə Ərəbistanının marionetkası olan Yəmən "prezident"i Mənsur Hadiyə daşınsın.

Göründüyü kimi, ABŞ bu münaqişədə iştirakını maksimum dərəcədə pərdələməyə çalışır. Bu səbəbdən də Azərbaycan aviaşirkətinin "hədəf" seçildiyi "araşdırma" ortaya çıxır.

"Araşdırma" Ermənistanın da maraqlarına tam uyğundur və bu səbəbdən də Ermənistanın xüsusi xidmət orqanlarının müəlliflə sıx əlaqədə olduğunu danmaq absurd olardı.

Yəməndəki İŞİD-çilərə, yaxud Suriya və İraqdakı terrorçulara təyyarələrlə silah daşımağa ehtiyac yoxdur. Daha asan yol Yəməndə, Suriyada, İraqda çoxsaylı ordu anbarlarından birinə terrorçuların hücumunu təşkil etməkdir.

O anbarlarda yetərincə silah var.

Üstəlik, həmin silahların üzərindəki nömrələri sonradan silmək də gərək deyil./milli.az

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar