Sizin Reklam Burada
Xəbər lenti
17 sentyabr
16 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Deputat Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı - İDDİA

Tarix: 08-09-2019 12:08     Baxış: 454 A- / A+
Deputat Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı - İDDİA

Milli Məclisin deputatı Rəfael Cəbrayılovun dələduzluq yolu ilə əldə etdiyi sərvəti Türkiyəyə daşıdığı bildirilir.

Adı müxtəlif dələduzluq əməllərində hallanan deputat Rəfael Cəbrayılovun mandatdan məhrum edilməsi artıq qaçılmaz zərurətə çevrilib.

Deputat Rəfael Cəbrayılovun dələduzluğu ilə üzləşərək, külli miqdarda maddi zərərə uğrayan iş adamları “millət vəkili”nin onlara vurduğu ziyanı hələ də ödətdirə bilməyiblər.

İş adamlarından fırıldaqla mənimsədiyi irihəcmli vəsaiti geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınan Cəbrayılov bununla zərərçəkmişlərin canını boğazına yığıb. Onlar deputatın bu dələduzluğu ilə bağlı parlament rəhbərliyinə müraciət etsələr də, bu addım problemin həllinə təsir göstərməyib.

Cəbrayılov iş adamlarından alaraq mənimsədiyi pulları niyə qaytarmır? Doğrudanmı, o, maddi baxımdan bu qədər ağır vəziyyətə düşüb? Qətiyyən! Deputatın özünə və qardaşına məxsus biznes şəbəkəsi fəaliyyətdədir və yəqin ki, gəlirləri stabildir.

Ancaq əldə olunan məlumata görə, Cəbrayılov Azərbaycandakı sərvətinin qardaşının vasitəsilə Türkiyəyə, konkret, İstanbula daşıyaraq, burada özünü miskin görkəmdə göstərməyə çalışır. Yəqin belə bir obraza girməklə, onun dələduzluğunun qurbanı olmuş iş adamlarının bir gün öz şikayətlərindən vaz keçəcəklərinə ümid edir…

Təbii ki, necə seçilməsindən asılı olmayaraq, millət vəkili statusunu daşıyan şəxsin adının dələduzluq əməlində hallanması dövlətin, hakimiyyət bölgüsündə öndə gələn ali qanunvericilik orqanının nüfuzuna ciddi zərbə vurur. Ancaq görünən budur ki, iş adamlarına vurduğu zərəri qarşılamq niyyətində olmayan Cəbrayılov üçün əsas olan dövlətin nüfuzu yox, şəxsi maraqlarıdır. Əks halda, o, adının-soyadının dələduzluq sinoniminə çevrilməsinə razı olmazdı.

Xatırladaq ki, deputatın “fırıldaq toru”na düşən iş adamları Cəbrayılovun deputat mandatından məhrum edilməsi, toxunulmazlığının götürülməsi və barəsində qanun çərçivəsində ölçü götürülməsinə çağırış etmişdilər. Həqiqətən də, yerinə düşən təşəbbüsdür. Bu mənada, sabiq həmkarı, müxtəlif irimiqyaslı dələduzluğuq əməllərinə görə uzun müddətə azadlıqdan məhrum edilmiş keçmiş deputat Dünyamin Xəlilovun aqibəti Cəbrayılov üçün “nümunə” seçilə bilər.yenicag.az


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar