Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ayaz Mütəllibov: “Mən Rövşən Cavadovun qiyamını dəstəkləməmişəm!” - Fərman Dəmirqol aranı QARIŞDIRDI

Tarix: 08-09-2019 11:11     Baxış: 4427 A- / A+
Ayaz Mütəllibov: “Mən Rövşən Cavadovun qiyamını dəstəkləməmişəm!” - Fərman Dəmirqol aranı QARIŞDIRDI

“1995-ci ilin mart hadisələrindən bir qədər əvvəl keçmiş prezident Əbülfəz Elçibəy Kələkidən Rövşən Cavadova Heydər Əliyevin hakimiyyətdən devrilməsi üçün rəhbəri olduğu partiyanın ona bu işdə hər cür dəstək verməyə hazır olduğunu bəyan edən məktub ünvanlayıb”.

Manevr.az-ın məlumatına görə, belə bir sensasiyalı açıqlamanı 1995-ci ilin martında “OMON” komandiri Rövşən Cavadovun hakimiyyətə qarşı qaldırdığı silahlı qiyamda əsas fiqurlardan biri olmuş Fərman Dəmirqol jurnalist Əvəz Zeynallının Youtube-da yayımlanan "Qaynar Qazan" verilişində verib.

Fərman Dəmirqol bildirib ki, məktubun orijinallığı “OMON” komandirində şübhə yaratsa da, sonradan onun məhz Əbülfəz Elçibəy tərəfindən göndərildiyi təsdiqini tapıb.

Fərman Dəmirqolun dediyinə görə, həmin dövrdə Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu ondan bu proseslərdən kənar durmasını istəyib və Dəmirqolun Kələkidə Əbülfəz Elçibəylə keçirdiyi görüşün detallarını öyrənməyə çalışıb. Lakin Fərman bəydən rədd cavabı alandan sonra sonuncunun Kələki səfəri barədə Əli Kərimliyə məlumat verib.

Verilişin müəllifi Əvəz Zeynallı bildirib ki, kifayət qədər sensasiyalı müsahibəni davam etdirmək niyyətindədir. Və Fərman Dəmirqolun dedikləri öz təsdiqini taparsa, bu Azərbaycan tarixin son 30 ildə yenidən yazılması demək olacaq.

Müəllifin dediyinə görə, verilişdən sonra Əbülfəz Elçibəyin Rövşən Cavadova yazdığı məktubun Bakıya kimin vasitəsi ilə çatdırıldığı barədə ona məlumat verilib və indi ən önəmli məsələ həmin məktubun tapılmasıdır.

Qeyd edək ki, Fərman Dəmirqol adı çəkilən verilişdə mart qiyamı zamanı Ayaz Mütəllibovun Rövşən Cavadova dəstək və çevriliş nəticəsində yaradılması nəzərdə tutulan Dövlət Şurasına üzv olmağa razılıq verdiyini açıqlayıb.

Fərman Dəmirqolun "Qaynar Qazan" verilişinə müsahibəsi zamanı bu açıqlaması Azərbaycanın 1-ci prezidenti Ayaz Mütəllibovun da narazılığına səbəb olub.

A.Mütəllibovun mətbuat xidmətinin rəhbəri Qulu Həsənoğlu “Qaynar Qazan”ın müəllifi Əvəz Zeynallıya eks-prezidentin açıqlamasını təqdim edib.

Ayaz Mütəllibov açıqlamasında deyib ki, o, Rövşən Cavadovla sonuncu dəfə 1992-ci ilin may ayının 15-də axşama doğru özünün iş otağında - prezidentin kabinetində görüşüb. Rövşən Cavadov onu dəstəkləmədiyini, qarşı cəbhəni müdafiə etdiyini deyib. Hətta Ayaz Mütəllibovun hakimiyyətdən getməyi üçün təhdid belə edib. Çünki Ayaz Mütəllibovun dediyinə görə, Rövşən Cavadov o dövrün ən güclü adamlarından biri idi və OMON-un başında dururdu. Hətta Rövşən Cavadovu bu vəzifəyə də təyin edən Ayaz Mütəllibov olub - Tamerlan Qarayevin təqdimatı ilə....

Jurnalist Əvəz Zeynallı bildirib ki, Fərman Dəmirqolun 25 ildən sonra 1994-1995-ci illərdə baş verən hadisələrin pərdə arxasından bəhs edən müsahibəsinə sabiq baş nazir Pənah Hüseyn, Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev də münasibət bildirib:

“Gələn rəylər, mövzunun aktuallığı və yaranan rezonansdan sonra Fərman Dəmirqolla danışdım və onunla müsahibənin davam etməsini xahiş etdim. Fərman bəy razılaşdı və qərara gəldik ki, sentyabrın 10-da, Bakı vaxtı ilə saat 20.00-da (İstanbul vaxtı ilə 19.00) "Qaynar Qazan"da daha bir müsahibə edək”.

“Xüsusi qeyd edim ki, Pənah Hüseyn Fərman Dəmirqolla debat üçün İstanbula gəlməyə hazır olduğunu bildirdi. Fərman bəy onunla debata razı olmadı, tək çıxmaq istədiyini dedi. Amma güman ki, Pənah Hüseyn telefonla canlı yayına qoşulacaq. Canlı yayına başqaları da qoşulacaq və mən istərəm ki, adı çəkilən insanlar da qoşulub öz sözlərini desinlər... Qoy hamı bildiyini danışsın ki, qaranlıqlar yarılsın!”,- Ə.Zeynallı əlavə edib.

Qeyd edək ki, hazırda İstanbul Universitetinin hüquq professoru, 1994-1995-ci illərdə Azərbaycanda baş verən hadisələrin əsas iştirakçılarından biri Fərman Dəmirqol Elçibəy hakimiyyəti dönəmində Milli Məclisin Konstitusiya Komissiyasının eksperti işləyib.

1995-ci ildə mart qiyamı yatırıldıqdan sonra toxunulmazlıq statusu daşıdığı üçün Türkiyə-Azərbaycan münasibətlərinin qorunması naminə Türkiyə tərəfinə təhvil verilib.modern.az

Manevr.az
Ayaz Mütəllibov: “Mən Rövşən Cavadovun qiyamını dəstəkləməmişəm!” - Fərman Dəmirqol aranı QARIŞDIRDI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar