Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hafiz Hacıyev dəli olması ilə bağlı iddialara CAVAB VERDİ

Tarix: 07-09-2019 16:25     Baxış: 4272 A- / A+
Hafiz Hacıyev dəli olması ilə bağlı iddialara CAVAB VERDİ

Son zamanlar mətbuatda Hafiz Hacıyevin səhhətində problemlərin olduğunu, onun çılğınlığı və sərt sözləri arxasında keçmişdə keçirdiyi ruhi sarsıntının durması barədə iddialar səslənir.

Manevr.az xəbər verir ki, bu iddiaların nə dərəcə həqiqətə uyğun olduğunu öyrənmək üçün modern.az Hafiz Hacıyevin özü ilə əlaqə saxlayıb. “Müasir Müsavat” partiyasının sədri barəsindəki ittihamlara kəskin reaksiya verib. O bu cür informasiya yayanlar barəsində qeyri-normativ leksika da işlədib. Hafiz Hacıyev heç vaxt ruhi dispanserdə yatmadığını bildirib.

“Vəziyyətim çox yaxşıdır, bu yalnış deyilmiş bir informasiyadır. Mənim heç bir psixi problemim yoxdur, dəli deyiləm. Onu deyən ...... dədəsinin ağzı ilə, mən harda yatmışam? niyə adamın əsəbləri ilə oynayırlar!... Kim deyir onu qoy kağızı əlində gətirsin, sübut eləsin mənə ki, həqiqətən də mən dəliyəm. Elə bir zəmanədə yaşayırıq ki, hər halda nələrisə araşdırıb nəticəyə çatmaq olur. Getsinlər araşdırsanlar, sonra ağızlarına gələnləri danışsınlar. Sadəcə boş-boş danışırlar. Dəli olan adam hər halda elmlər namizədi, yaxud da hər hansı bir cəbhədə öz sözünü demiş bir insan olmaz.

Hafiz Hacıyev ağıllı adam olduğunu deyib. O, ruhi xəstə olması ilə bağlı iddiaların arxasında duranların da adını çəkdi.

“Həmişəki kimi ağlım yerində ağıllı bir adamam. Onu bilsinlər ki, Hafiz Hacıyevin vəziyyəti hər zaman necə əla olubsa, indi də eyni vəziyyətdədir. Bu söhbəti yayanlar görünür mənim düşmənlərimdir. Mənim pis olmağımı istəyənlərdir. Antiazərbaycan Kərimovlar dəstəsi var ki, həmişə istəyirlər bizi xalqın gözündən salsınlar. Amma ürəkli və alnıaçıq deyə bilərəm ki, buna nail ola bilməməyəcəksiniz. Bu mümkün olan bir şey deyil. O insanlara çatdırmaq istəyirəm ki, vəziyyətim top kimidir. Hərşey əladır. Partiya artıq mitinqlərə hazırlıq işləri aparır. Məqsəd odur ki, ölkədə Kərimov kimiləri qovub Azərbaycandan çıxardaq. Buna görə də bütün variantlardan istifadə edirik. Səhhətimdə hər şey yüksək səviyyədədir. Sizə də diqqətinizə görə təşəkkürümü bildirirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar