Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nobelə alternativ mükafat təsis olunur - AYB təmsilçisi

Tarix: 06-09-2019 14:51     Baxış: 3160 A- / A+
Nobelə alternativ mükafat təsis olunur - AYB təmsilçisi

Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşüb.

Bu barədə teleqraf.com-a Birliyin mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, Anar I Asiya Yazıçılar Forumunda çıxış edib: “Çıxış zamanı Qazaxstanın prezidenti Qasım-Comərd Tokayev də ordaydı. Anar müəllim Forumda çox gözəl təkliflərlə çıxış elədi. Onun çıxışı hamı tərəfindən, o cümlədən president Tokayev tərəfindən çox yüksək qiymətləndirildi. Buna görə də Forumun ikinci günü Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Anar və bir qrup başqa yazıçı ilə görüşdü”.

X.Rza I Asiya Yazıçılar Forumu haqqında da danışıb: “Forumun məqsədi Nobel mükafatına alternativ sayılacaq “Böyük Asiya” mükafatını təsis etməkdir. Mükafatın məbləği 1 milyon dollar olacaq. Qazaxstan dövləti bunu öz ölkələrini Asiyanın mədəni, ədəbi mərkəzinə çevirmək məqsədi ilə təsis edir. Yəqin ki, forumun işi yekunlaşandan sonra mükafat təsis olunacaq”.

Qeyd edək ki, sentyabrın 4-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində I Asiya Yazıçılar Forumu işə başlayıb. Azərbaycandan Forumda Yazıçılar Birliyinin sədri Anar Rzayev, qurumun mətbuat katibi Xəyal Rza iştirak edir.

Forumun işi bu gün başa çatır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar