Sizin Reklam Burada
Xəbər lenti
23 sentyabr
22 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzovla Bəxtiyar Sadıqov görüşdü: Onun da yolunu tapacağıq

Tarix: 06-09-2019 15:03     Baxış: 369 A- / A+
Siyavuş Novruzovla Bəxtiyar Sadıqov görüşdü: Onun da yolunu tapacağıq

Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzovla millət vəkili həmkarı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov arasındakı mübahisəyə nöqtə qoyulub.

Bu barədə məlumatı S.Novruzov musavat.com-a təsdiqləyib.

Xatırladaq ki, mübahisə “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərlə əlaqədar yaranmışdı. YAP-çı komitə sədri “Azərbaycan” qəzetində başsağlığının pulla dərc edilməsinə etirazını bildirmişdi. S.Novruzov demişdi ki, yeni qanun qəbul olunandan sonar “rəsmi şəxslərdən başqa, cənab Prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq”. B.Sadıqov isə rəsmi qəzet olmalarına baxmayaraq, dövlətdən heç bir maddi dəstək almadıqlarını desə də, S.Novruzov əks arqumenlərlə onu təkzib etmişdi. Baş redaktor bundan sonra polemikalara son qoymuşdu. Ancaq məlum olub ki, iki gün öncə B.Sadıqovla S.Novruzov arasında “tet-a-tet” görüş olub.

S.Novruzov deyib:

- Bəli, biz görüşdük, qucaqlaşdıq, çay içdik, konfet yedik və bütün məsələləri həll etdik. Mənim hər kəsdən bir xahişim var: mənim adımdan istifadə edib onun (Bəxtiyar Sadıqovun-red.) üzərinə getməsinlər! Getməsinlər, elə olmaz! Lazım olsa, mən özüm kiminsə üzərinə gedərəm. Amma mənim adımdan istifadə edib onun üzərinə getmək düzgün deyil. Bircə Sabir Rüstəmxanlını çıxmaq şərtilə. Qalanlardan xahiş edirəm, bu məsələni qapatsınlar!

- Siyavuş bəy, maraqlıqıdır, görüş təşəbbüsü kimdən gəldi?


- Belə bir mövqe nümayiş etdirməkdən, belə fikirlər səsləndirməkdən ötrü mənə heç kəs göstəriş verməyib. Amma oturduq, kişi söhbəti elədik. Görüş təşəbbüsü isə… Hər ikimiz bir-birimizlə zəngləşdik, danışdıq, görüşdük.

- Amma bundan əvvəlki açıqlamanızda “mənim onunla nə müzakirəm ola bilər? O, kimdir mən onunla müzakirə edəm” demişdiniz…


- Zəng elədi, görüşdük…

- Dediniz ki, məsələləri həll etdik. Maraqlıdır, iki həmkar olaraq öz aranızdakı problemləri necə həll etdiniz? Bundan sonra “Dini etiqad azadlığı” haqqında qanuna düzəlişmi olmayacaq, yoxsa başqa məsələlərlə bağlı anlaşma əldə olunub?


- Yox, qanun yerindədir, ona heç kəs toxuna bilməz. Amma münasibətlərimizi düzəltdik.

- Belə demək olarmı ki, bundan əvvəl sizin aranızda münasibətlər normal vəziyyətdə deyilmiş?


- Yox, bundan əvvəl də münasibətlərimiz gözəl idi. Amma arada bir anlaşılmazlıq olmuşdu. Oturduq, üzbəüz söhbət etdik, həll elədik. Mən istənilən insanla oturub üzbəüz söhbət edə və anlaşma yapa bilərəm.

- Deməli, bundan sonra “Azərbaycan” qəzeti başsağlığını çap edə biləcək, eləmi?

- Mən qanunumu qəbul edim, sonra baxarıq (gülür).

- Amma baş redaktor deyirdi ki, qəzet əməkdaşlarının maaşını başsağlığının dərci ilə verir. Bəs, görüşdə Bəxtiyar müəllim soruşmadımı ki, başsağlığı dərc olunmasa, qəzet işçilərinin maaşını necə ödəyəcək?


- Onun da yolunu tapacağıq (yenə gülür).


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar