Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Siyavuş Novruzov Allahlıq iddiasına düşüb” - Qalmaqal

Tarix: 06-09-2019 14:33     Baxış: 4131 A- / A+
 “Siyavuş Novruzov Allahlıq iddiasına düşüb” - Qalmaqal

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Azərbaycan” qəzetində başsağlığının pulla dərc olunması barədə danışarkən maraqlı fikir səsləndirmişdi. “Başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur.

Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əmək haqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!”, - deyə Siyavuş Novruzov bildirmişdi.

İlahiyyatçı Elşad Miri isə YAP-çı deputatın bu fikirlərini bölüşmür. O, “Yeni Sabah”a bildirib ki, başsağlığının pulla verilməsi, yaxud həmin pulla kiminsə maaşının ödənilməsində hər hansı qəbahət yoxdur.

“Burda nə var ki? Kimsə təbrik verir, kimsə başsağlığı. Bu reklam xarakterli bir şeydir. Yəni qəzet öz səhifəsində müəyyən yeri həmin şəxsə satır. Burada qadağadan, haramdan söhbət gedə bilməz. Ümumiyyətlə, nəyinsə haram, yaxud halal olduğunu demək üçün Qurana istinad etmək lazımdır. Şəxsi mülahizələr əsasında nəyinsə halal yaxud haram olduğunu demək Allahlıq iddiasına düşməkdir. Görünür, Siyavuş Novruzov da Allahlıq iddiasına düşüb”,- deyə ilahiyyatçı vurğulayıb.

Elşad Miri əlavə edib ki, ümumiyyətlə bu məsələnin müzakirəsi gülüncdür. “Daha ciddi problemlər var, onlar barədə danışmaq lazımdır. Məsələn, Siyavuş Novruzov bir dəfə mənimlə cümə namazına gəlsin, xütbələri dinləsin. Görsün ki, nə danışırlar.

Bir çox hallarda həmin xütbələr dindarların narazılığına səbəb olub. Bu məslələrə diqqət yetirmək lazımdır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar