Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şirvanşahların qənimi olan biznesmeni hansı cəza gözləyir? (RƏYLƏR)

Tarix: 05-09-2019 19:15     Baxış: 4131 A- / A+
Şirvanşahların qənimi olan biznesmeni hansı cəza gözləyir? (RƏYLƏR)

Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonunda yerləşən Kələzağ qədim yaşayış məntəqəsində XVI əsrə, son Şirvanşaha aid olduğu güman edilən məscid-məqbərə özəl şirkət tərəfindən dağıdılıb.

Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunun daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilən Kələzağ qədim yaşayış məntəqəsinin şirkətə kim tərəfindən, hansı yollara satıldığı isə məlum deyil.

Bəs bu tarixi abidənin aid olduğu və satan qurum məsuliyyət daşıyırmı, həmçinin abidəni dağıdan şirkəti hansı cəza gözləyir?

Millət vəkili Fazil Mustafa Qaynarinfo-ya açıqlamasında bildirib ki, tarixi abidələrə qarşı edilən bu hərəkətlərə ictimaiyyətin sərt reaksiya göstərməlidir: "Sual vermək lazımdır ki, kiminsə icazəsi olmadan nəyisə dağıda bilərmi, xüsusilə də tarixi abidəni? Bunu kiminsə himayəsi altında ediblər. Heç bir halda, heç kim tarixə abidəyə toxuna bilməz. Onlar Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Demək ki, müvafiq qurumların məsuliyyətsizliyi və yaxud "üzgörənliyi" səbəbindən baş verib. Ona görə də məsələyə ciddi şəkildə ictimaiyyətdən reaksiya olmalıdır. Keçən dəfə adi bir dini icmanın tikintisi ilə bağlı gənclərin təşəbbüsünə Mehriban Əliyeva nə qədər böyük dəstək verdi. Xüsusilə də bildirdi ki, hər hansı bir şəkildə neqativ hallara ictimaiyyətin dəstəyi çox vacibdir. Fikrimcə, bu məsələdə də ictimaiyyət öz sözünü deməlidir. Yəqin ki, dövlət səviyyəsində də reaksiya veriləcək. Hüquqi tərəfdən də məsuliyyət daşıyırlar. Konkret hansı maddənin olduunu deməkdə çətinlik çəkirəm, ama tarixi abidələrə qarşı vandallıq edən hər kəs qanun qarşısında məsuliyyət daşıyır".

Hüquqşunas Ələsgər Məmmədli isə qaynarinfo-ya açıqlamasında məsələnin hüquqi tərəflərindən bəsh edib:

"Tarixi abidəni satışa çıxaran varsa, əvvəlcə araşdırılmalıdır ki, bu abidə necə olub hansısa şirkətə satılıb. Konstitusiyamızda mülkiyyət hüququ qorunur. Əgər mülkiyyət şəxsə aiddirsə, onun üzərində mülkiyyətdən doğan bütün hüquqları həyata keçirə bilir. Araşdırmaq lazımdır ki, bu ərazi həqiqətən satışda olan yer olub və həmin ərazidə tarixi abidə vardısa, bu abidəni qoruma altına alan mülkiyyəti kimdə idi, Mədəniyyət Nazirliyinin balansındadır, yoxsa Xəzər rayon İcra Hakimiyyətinin?!

Burada jurnalistilərin vəzifəsi ondan ibarətdir ki, tarixi abidə ilə bağlı araşdırma aparıb, bu ərazinin Xəzər rayon İcra hakimiyyətinin, yoxsa Mədəniyyət Nazirliyinin balansında olduğunu və kim tərəfindən verildiyini araşdırmalı, həmin şəxslər qanunsuz şəkildə abidəni söküb-sökmədiyini müəyyənləşdirməlidir. Bunlar fərqli nəticələr yaradacaq. Məsələn, mədəni sərvətin qorunması üzrə inzibatı xətalar məcəlləsində tələblər var. Burada jurnalistlərin məsələ üzərində durub araşdırması zəruridir. Ki, həmin şirkət hansı əsaslarda orada imiş, o ərazini onlara icra ayırıbmı?! İcra ayırıbsa, burada məsuliyyət birbaşa icranın üzərinə düşəcək. Bir də var hər hansı formada legitim və ya qeyri-legitim formada ediblər. Yəni qərar verirlər, amma sənəd vermirlər, gedin sənədi düzəldərik deyirlər. Praktikada belə hallar var. Bu legitim yolla göz yummaqdır. Biri də var ki, rəsmiləşdirirlər ki, bu bələdiyyə ərazisi idi, satdıq getdi. "Bu ərazi hansı formada o struktura keçib və onlar hansı əsaslarda bunu söküblər?" - bunları dəqiqləşdirdikdən sonra hüquq cəhəttən inzibatı məsuliyyətə cəlb etmək mümkündür. Ki, cərimə elə də çox deyil, maksimum 2000 manata qədərdir. Yox, əgər mədəni sərvətin pozulması, cinayət məcəlləsi çərçivəsinə baxılırsa, o zaman artıq cinayət məsuliyyəti yaradacaq. Burada şirkətin traktorçusunun həbs olunması məsələsi deyil, burada məsələ həmin o icra nümayəndəsinin, icra hakiminin, icranın mədəni sərvətlərə baxan müavininin məsuliyyətindən də söhbət getməlidir".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar