Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Baş redaktor: Bunu rəsmi qəzetlərin gəlir mənbəyinə çevirmək düzgün deyil

Tarix: 01-09-2019 20:27     Baxış: 4314 A- / A+
Baş redaktor: Bunu rəsmi qəzetlərin gəlir mənbəyinə çevirmək düzgün deyil

"Dövlət büdcəsindən maliyyələşən qəzetlərdə başsağlığı elanlarının dərcilə bağlı nəzərdə tutulan dəyişikliyi birmənalı şəkildə dəstəkləyirəm. Hesab edirəm ki, başsağlığı və bu kimi elanları rəsmi qəzetlərin gəlir mənbəyinə çevirmək düzgün deyil".

Manevr.az bildirir ki, bunu teleqraf.com-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsində rəsmi şəxslər və Prezident istisna olunmaqla, vətəndaşların başsağlığı elanlarının rəsmi dövlət qəzetlərində dərcini qadağan edən dəyişikliyə münasibət bildirərkən qeyd edib.

A.Quliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müstəqil qəzetlərin əksəriyyəti başsağlığı və təbrik kimi elanlara görə vətəndaşlardan pul almır: "Rəhbəri olduğum "Bakı-Xəbər" qəzeti yarandığı gündən bu cür elanları pulsuz verir. Əgər biz hər bir başsağlığı elanına görə 20-50 manat arasında pul alsaydıq, bu il ərzində kifayət qədər samballı məbləğ olardı. Siyavuş müəllim doğru deyir ki, rəsmi qəzetlərin bütün xərcləri büdcədən ayrılır. Maaşlardan tutmuş təmir puluna qədər bütün vəsaitlər büdcədən ayrılır. Rəsmi qəzetlərin simasının qorunması üçün qanunda nəzərdə tutulmuş dəyişikliyin qəbul edilməsini vacib sayıram. Əgər müstəqil qəzetlər başsağlığına görə pul almadan yaşaya bilirsə, büdcədən maliyyələşən qəzetlərin eyni məzmunlu elana görə pul alması düzgün deyil".

Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərlə bağlı açıqlamasında rəsmi şəxslərdən və Prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsinin qadağan olunacağını deyib.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə layihəyə qarşı çıxıb. O bildirib ki, başsağlığı qəzetin gəlir mənbələrindən biridir və bunun qadağan olunması işçilərin maaşına təsir edə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar