Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“AYB-nin ümumrespublika fəaliyyəti yoxdur”- Emil Rasimoğlu

Tarix: 01-09-2019 12:52     Baxış: 3214 A- / A+
“AYB-nin ümumrespublika fəaliyyəti yoxdur”- Emil Rasimoğlu


Azərbaycan Yazıçılar Birliyi haqqında qeydlərim:


1. Bu gün ölkədə əksər sahələrdə çox sürətli şəkildə kadr islahatları həyata keçirilir. Azərbaycan Yazıçılar Birliyində (AYB) isə bu islahatlar təəssüflər olsun ki, öz əksini tapmır. Təbii ki, burada AYB rəhbərliyi məsuldur.

Onu da vurğulayaq ki, AYB rəsmilərinin orta statistik yaş həddi 70+dur.

2. AYB idarəçiliyi ölkədə yürüdülən gənclər siyasətindən, tamamilə kənardadır. Buna ən tutarlı fakt olaraq AYB-nin Gənclər üzrə katibinin yaşını göstərmək kifayətdir: Rəşad Məcid -55 yaş!.. Hansı ki, Gənclər üzrə katibin hüququ, yaşı 30-a qədər olan gənclərin məsələlərinə baxmağa çatır.

3. AYB-nin bölmələri (ikisi, üçü istisna olmaqla) sektorları, şuraları tamamilə ətalət vəziyyətindədir. Struktur fomal olaraq kağız üzərində qeyd olunub. Buna misal kimi Muğan bölməsini, Aran bölməsini, Şəki bölməsini, Qarabağ bölməsini göstərmək olar. Bu baxımdan da AYB-nin ümumrespublika fəaliyyəti yoxdur.

Bölgələrdə ədəbi mühit iflic durumdadır. Hazırda AYB aktiv fazada ancaq paytaxtda təmərküzləşib.

4. AYB-nin tabeçiliyində olan mətbu orqanların redaksiya heyəti tam işlək halda deyil. Yəni heyətdə olan şəxslərin çox qisminin vəzifəsini baş redaktorlar özü icra edir (məsələ materialı əldə edib baş redaktora çatdırmaqda deyil, vəzifəni icra etməkdir). Bütün görüləcək işləri baş redaktorlar bir - iki işçi ilə birgə həll edir ki, buna da yüksək keyfiyyəti əks etdirəcək bir həll - demək olmaz. Məsələn, "Azərbaycan" jurnalının, "Ədəbiyyat qəzeti"nin, "Ulduz" jurnalının adlarını çəkə bilərəm.

5. Dövlət büdcəsindən ayrılan pullar düzgün və ya səmərəli şəkildə istifadə olunmur. Qonorar hədsiz dərəcədə kiçik rəqəmlərdən ibarətdir.


Emil Rasimoğlu,
AYB-nin üzvü,
Prezident təqaüdçüsü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar