Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsi Xaçmazda icra olundu

Tarix: 31-08-2019 10:45     Baxış: 2194 A- / A+
"Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsi Xaçmazda icra olundu

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsini plana uyğun olaraq Xaçmaz rayonunda icra etmişdir.

Layihənin rəhbəri Sənan Yəhya qeyd etdi ki, dünyada internet üzərində formalaşdırılan sosial şəbəkələr kiber silaha çevrilmişdir. Buna səbəb sosial şəbəkələrin sərhədsiz informasiya məkanına çevrilməsi problemləridir. Azərbaycan Respublikasında sosial şəbəkələrdən daha çox ünsiyyət vasitəsi kimi istifadə olunduğu müşahidə edilir. Milli maraqların qorunması sahəsində bəzi vətəndaşların mövqeyi mədəni dəyərlərin tapdalanması ilə ifadə olunur.

Azərbaycanda informasiya azadlığı tam təmin olunub. Azad informasiya cəmiyyətinin yaranmasında Ulu Öndər Heydər Əliyevin böyük uğurlu siyasətinin nəticəsidir. Bu gün bu siyasəti Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Dünyanın bəzi ölkələrində sosial şəbəkələr bağlanılsada, nəzar senzuralar tətbiq edilsədə Azərbaycan Respublikasında sosial şəbəkələrin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmamışdır. Lakin bəzi vətəndaşlarımız yaradılmış azad informasiya cəmiyyətindən sui-istifadə edərək milli maralara zid davranışlar sərgiləyirlər. Dövlət və hakimiyyət əlehiyə əsassiz bohtan xarakterli emal olunmamış məlumatları informasiya kimi sosial şəbəkələrdə paylaşırlar.
Dövlətimizin təhlükəsizliyi milli maraqların təməlidir. Milli maraqların birinci qorucusu Cənab prezident İlham Əliyevdir. Cənab preziden Azərbaycan Respublikasının ərazi bütövlüyü hec zaman müzakirə mövzusu olmadığını və Dağlıq qarabağda ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyini bəyan edərək Ulu öndər Heydər Əliyev təfəkkürünə sadiq qalmışdır. Sənan Yəhya qeyd edərərək bildirdiki Prezident dövlətin atributlarından biri olduğunu nəzərə alaraq milli maralarimizin qorunması iqtiqamətində Cənab Prezident İlham Əliyevin ətrafinda sıx birləşməyimizi iştirakılara zəruri olduğunu bildirdi. Cüki Azərbaycan xalqı 1991 –ci ildə siyasi birliyin olmamasi səbəbi ilə Erməni işğalına məruz qalaraq milli maraqlarının qorunması sahəsində bugundək beynəlxalq müstıvidə ikili standartlarla üzləşir.

Sonda Sənan Yəhya bəyan etdi ki, Erməni işğalna qarşı ən güclü mübarizə metodlarından biri Sosial şəbəkələrdə tarixi faktlarla ermənistan dövlətinə qarşı mübarizədir.

Qeyd edək ki, layihə sosial şəbəkələrdə milli problemlərə məsuliyyətsiz yanaşan, dövlətə dəyəcək ziyanları dərk etməyən istifadəçilərin davranışlarının dəyişdirilməsindən bəhs edir. Layihənin əsas məqsədi sosial şəbəkələrdə milli problemləri hər zaman diqqətdə saxlayan onların tanıdılmasını həyata keçirən və ictimai maraqlara həssas yanaşan şəbəkə istifadəçilərinin çoxalmasına nail olmaqdır.

Layihədə iştirak edən Xaçmaz sakinlərinə ümumi məlumatlarla yanaşı aşağıdakı mövzularda mühazirələr deyilərək müzakirələr aparılmışdır.

Emal olunmamış məlumatları informasiya kimi sosial şəbəkələrdə paylaşmamaq;

Sosial şəbəkələrdə ictimai maraqları qorumaq vətəndaşın dolayı yolla özünü gələcək problemlərdən qorumaqdır;

Sosial şəbəkələrdə milli problemləri tanıtmaq dövlətçiliyə verilən dəstəkdir;

Sosial şəbəkələrdə Azərbaycanı tanıtmaq (Erməni işğalında olan tarixi abidələri), turizm imkanlarını nümayiş etdirmək, iqtisadiyyata dəstək olmaq ictimai maraqların müdafiəsidir;

Sosial şəbəkələrdə biznes potensialı.


Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin informasiyalaşdırılmasıdır. Təsadüfi deyildir ki, BMT-nin qəbul etdiyi üçüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsində göstərilir ki, informasiya –kommunikasiya texnalogiyalarından bəhrələnmək imkanı yaradılmalıdır. İnformasiya-kommunikasiya texnologiyaları cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə sosial-iqtisadi həyatın bütün sahələrinə (hökümət, qeyri-hökümət, özəl təşkilatları, hərbi, təhsil, mədəniyyət və s.) sürətlə tətbiq olunur. Cəmiyyətin lazımı informasiya ilə təchiz olunması artıq hamı tərəfindən qəbul olunub.
Azərbaycan Respublikasında bu sahədə dövlət dəstəyi ilə informasiya cəmiyyətinin qurulması istiqamətində ciddi layihələr həyata keçirilməkdədir. Xüsusilə onu qeyd etmək lazımdır ki, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı arasında imzalanmış proqram-layihəyə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Milli strategiyası (2003-2012-ci illər)” Ümummilli lider Heydər Əliyev tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və rəsmi dövlət proqramı statusunu almışdır.

Hazırda cəmiyyətin bütün sahələrinin inkişafı internetin artmaqda olan intelektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə bağlıdır. Lakin internet üzərində formalaşdırılmış sosial şəbəkələr (Facebook, Twitter, LinkedIn, Google, Ok, Instagram və s) informasiya mübadiləsinin ən əsas məsələlərdən biridir. Lakin bu sahədə məsuliyyətsiz vətəndaşlar milli maraqlara xidmət etməyən informasiyaların yayılması və ya milli maraqların təhrif olunması problemləri formalaşdırırlar.

Dünyada internet üzərində formalaşdırılan sosial şəbəkələr kiber silaha çevrilmişdir. Buna səbəb sosial şəbəkələrin sərhədsiz informasiya məkanına çevrilməsi problemləridir. Azərbaycan Respublikasında sosial şəbəkələrdən daha çox ünsiyyət vasitəsi kimi istifadə olunduğu müşahidə edilir. Milli maraqların qorunması sahəsində bəzi vətəndaşların mövqeyi mədəni dəyərlərin tapdalanması ilə ifadə olunur.

Manevr.az
"Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsi Xaçmazda icra olundu

"Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsi Xaçmazda icra olundu

"Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsi Xaçmazda icra olundu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar