Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid pilotun oğlu israr edir: "Atamla görüntülü danışmaq istəyirəm"

Tarix: 30-08-2019 16:15     Baxış: 3276 A- / A+
Şəhid pilotun oğlu israr edir: "Atamla görüntülü danışmaq istəyirəm"

"Rəşad Atakişiyevin övladları ataları barədə həqiqəti hələ də bilmirlər. Onun həlak olması uşaqlardan gizli saxlanılır"

Manevr.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, pilotun 7 yaşlı oğlu ara-sıra suallar verərək atasının harada olmasını soruşur. Sanki atasının həyatda olmamasını hiss edir. "Hər dəfə atasını, onun harada olduğunu soruşur, onunla görüntülü danışmağı tələb edir. Balaca övladı da tez-tez atasını soruşur. Həqiqətləri onlara deyə bilməmişik. Böyük oğlan internetdə saytlara baxır, axtarış etmək istəyir. Bu anda anası onu uzaqlaşdırır. Onlar üçün çox çətindir”.

Q.Hüseynli bir müddət sonra böyük uşağa atasının həlak olması barədə məlumat veriləcəyini deyib: "Çox güman ki, psixoloqa da aparılacaq. Bəlkə psixoloq yaxşı məsləhətlər verdi və ona əməl etdik. Pilotun yoxluğu getdikcə daha çox hiss olunur. İlk vaxtlar yoldaşı bu qədər əzab çəkmirdi, indi daha çox onu xatırlayır”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar