Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“İsa Qəmbər, Əli Kərimli başsağlığı verdilər, ancaq Etibar Məmmədov...” – Mərhum pilotun qayınatası danışdı

Tarix: 29-08-2019 16:52     Baxış: 4140 A- / A+
“İsa Qəmbər, Əli Kərimli başsağlığı verdilər, ancaq Etibar Məmmədov...” – Mərhum pilotun qayınatası danışdı

“Həmin ərəfədə bütün müxalifətin pilotun dəfn mərasiminə gəlməməsi ilə bağlı dediklərim yanlış anlaşıldı. Halbuki, müxalifət nümayəndələri yas mərasiminə qatılmışdı. Sadəcə olaraq, həmin vaxtlar başım yasa qarışmışdı. Kimlərinsə haqqımda nə dediklərini eşitməmişdim”.

Manevr.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəni, qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin yas mərasimindən danışarkən deyib.

Qabil Hüseynli yas mərasiminə qatılan müxalifət nümayəndələrinin adlarını da qeyd edib:

“Müxalifət nümayəndələrindən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və digər partiyalardan da yas mərasiminə qatılmışdılar”.

“Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və AXCP-nin sədri Əli Kərimli də bildiyim qədərilə başsağlığı verib. Ancaq AMİP-in lideri Etibar Məmmədovun başsağlığı verdiyini xatırlamıram. Sadəcə bəzi şəxslərin pilotun yas mərasimini siyasiləşdirməsi ilə bağlı məlumat daxil olmuşdu. Ümumiyyətlə, yas mərasiminə kim istəsə, qatıla bilər. Bu məsələdə yasaqdan söhbət gedə bilməz”- deyə Qabil Hüseynli əlavə edib.

Qeyd edək ki, bəzi mətbuat səhifələrində yayılan məlumatlara görə, politoloq Qabil Hüseynli pilot Rəşad Atakişiyevin dəfn və yas mərasimində iştirak etməməsi üçün müxalifətə çağırış edib. Bu səbəbdən o, sosial şəbəkələrdə çoxsaylı tənqidlərə məruz qalıb.

Xatırladaq ki. Qabil Hüseynli vaxtilə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. Sonralar AMİP-də və Müsavat Partiyasında təmsil olunub. Hazırda bitərəfdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar