Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hakimiyyət virtual məkanı fəth edə biləcəkmi? – Politoloq şərh edir

Tarix: 29-08-2019 15:36     Baxış: 4110 A- / A+
Hakimiyyət virtual məkanı fəth edə biləcəkmi? – Politoloq şərh edir

“Hakimiyyət təmsilçilərinin sosial şəbəkələrə gəlişi və fəallıq göstərmələri polemika mühitinin yaranması baxımından önəmlidir”.

Manevr.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu iqtidar nümayəndələrinin son vaxtlar sosial şəbəkələrə ciddi maraq göstərməsini şərh edərkən bildirib.

Məlumat üçün deyək ki, son vaxtlar hakimiyyət nümayəndələrinin sosial şəbəkələrə axını və virtual məkanda fəallıq göstərmələri müşahidə olunur. Görünür, iqtidar ideoloqları sosial şəbəkələrə qeyri-ciddi münasibətin fəsadlarını hiss etməyə başlayıblar. Nəzərə alsaq ki, bu gün sosial şəbəkələr ictimai rəyi formalaşdıran ciddi vasitələrdən biridir, o zaman hakimiyyətin virtual məkanda mövqelərini bərkitmək siyasəti başadüşüləndir.

Lakin məsələ burasındadır ki, sosial şəbəkələr heç də iqtidarın nəzarətində olan televiziya və yaxud media orqanı deyil. Burada sadə vətəndaşların birbaşa sual vermək, fikir bildirmək imkanı var.

Elxan Şahinoğlu deyir ki, iqtidar nümayəndələri bu amili nəzərə almalıdır. “Sosial şəbəkələr monoloq yeri deyil. Ona görə də burada birtərəfli çıxışların daha çox zərəri ola bilər. Ümumiyyətlə, hazırda Azərbaycanda polemika mühiti yoxdur. İqtidar da, müxalifət də öz meydanında birtərəfli qaydada fikirlərini ifadə edirlər. Amma iqtidar təmsilçilərinin sosial şəbəkələrə gəlişi polemika mühitinin yaranmasına səbəb ola bilər.

Bu baxımdan mən onların sosial şəbəkələrə gəlişini və faəllıq etmələrini dəstəkləyirəm. Lakin yenə də deyirəm ki, bu fəallıq yalnız təbliğat xarakteri daşımamalıdır. Burada onlara suallar verilə, barələrində tənqidlər səsləndirilə bilər. Buna hazır olmaq verilən sualları cavablandırmaq, tənqidlərə münasibət bildirmək lazımdır. Bu halda vətəndaş özü müəyyən edəcək ki, kim doğru danışır, kim yalan”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar