Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

ŞOK! F.Ağamalı xaricdəki anti-millilərlə barışmağı təklif etdi - "ONU BAĞIŞLAMAQ OLARMI?"

Tarix: 27-08-2019 20:45     Baxış: 4141 A- / A+
ŞOK! F.Ağamalı xaricdəki anti-millilərlə barışmağı təklif etdi - "ONU BAĞIŞLAMAQ OLARMI?"

Son illər Qərb dünyası internet resuslarından geniş istifadə etməklə, ayrı- ayrı ölkələrə qarşı öz işğalçılıq niyyətlərini reallaşdırmaqdadır.

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı deyib.
ŞOK! F.Ağamalı xaricdəki anti-millilərlə barışmağı təklif etdi - "ONU BAĞIŞLAMAQ OLARMI?"

F. Ağamalı hesab edir ki, hazırda ölkəmiz üçün də müəyyən narahatlıqlar var:

“Araşdırmalar göstərir ki, yüksək texologiyanın yaradıcısı olan bir sıra dövlətlər ondan təkcə öz ölkəsinin inkişafı və tərəqqisi naminə deyil, həm də geopolitik və geoiqtisadi maraqlarını təmin etmək üçün istifadə edir. Bu baxımdan son beş ildə sosial şəbəkələr vasitəsilə Ərəb dünyasının xarabaya çevrilməsini, yüz minlərlə günahsız insanın qətlə yetirilməsini, şəhərlərin, yaşayış məskənlərinin, qədim sivilzasiya nümunələrinin məhv edilməsini göz önünə gətirmək kifayətdir. Proses davam edir”.

F. Ağamalı sosial medianın üstün tərəflərini inkar etmədiyini bildirib:

“Lakin onun dağıdıcı, ölkələrə və insanlara fəlakət gətirən cəhətlərini də unutmamaq vacibdir. Təəssüf ki, sosial media makinasının neqativ elementləri son illər Azərbaycana da öz çirkabını püskürməkdədir. Ən müxtəlif səbəblərdən və vasitələrdən istifadə etməklə ölkəmizi tərk edən və özlərini “siyasi mühacir” adlandırılanlar durmadan, usanmadan dövlətimizə qarşı hədyanlar yağdırmaqda, tərbiyəsiz, əxlaqsız davranışlar sərgiləməkdədirlər. Bunların mütləq əksəriyyəti maliyyə müqabilində anti-Azərbaycan qüvvələrin təsiri altındadır. Təsadüfü deyil ki, yaxınlarada YAP sədrinin müavini və partiyanın icra katibi Əli Əhmədov haqlı olaraq facebookda paylaşdığı statusunda ölkəmizdə fəaliyyət göstərən sağlam və milli mövqedə dayanan siyası partiyalara müraciət edərək xarici qüvvələrin təsiri altinda olan, ölkəmizə qarşı düşmən mövqeyində dayananların maliyyə yardımı ilə dövlətçiliyimizə zərbə vurmağa, sabitliyimizi xaosla əvəz etməyə çalışanlara qarşı vahid iradə nümayiş etdirməyə səslədi. Bu hər şeydən öncə, dövlətçiliyimizə və xalqımızın taleyinə biganə qalmayan vətəndaşlıq mövqeyidir”.

F. Ağamalı vurğulayıb ki, istiqlal yolunda böyük itkilər verən xalqımız istənilən avantüranın həyata keçməsinə imkan verməyəcək:


“Buna inanıram. Əslində, internet platformasının ən müxtəlif imkanlarından istifadə edib, xalqı mahiyyətcə dağıdıcı, məhvedici xarakter daşıyan inqilaba çağırış, xalqla iqtidarın arasında etimadsızlıq toxumu səpib, onu cücərtməyə çalışanların məqsədi bəllidir. Onlar ölkəni xaosa çevirmək, qardaş qanı axıtmaq, əldə etdiyimiz bütün uğurları məhv etmək istəyirlər. Pusquda dayanan, genetik düşmənimiz olan ermənilər isə vəziyyətdən istifadə edərək, 90-cı illərin əvvəlində olduğu kimi hücuma keçib əlavə torpaqlarımızı işğal etmək, şimal, cənub torpaqlarımıza qonşu ölkələrin qoşunlarını yeritmək niyyətindədir. Bu dəhşətli ssenarinin təməl daşını qoyan məhz Avropada məskunlaşan və onlara dəstək verən dağıdıcı antimilli qüvvələrdir”.

F. Ağamalı xalqımızın dövlətçiliyimizə sədaqətinə tam inandığını da qeyd edib:


“Ancaq düşmən dairələrin və onların təsiri altında olan anti-milli qüvvələrin şirnikləndirici vədlərinə inanıb, dağıdıcı qığılcımlar yaradanlar bizə itkilər verə, dövlətçiliyimizə zərbə vura bilərlər. Bu baxımdan məncə, xaricdə dövlətçiliyimizə qarşı fəaliyyət göstərənlərin təsnifatı aparılmalı və barışıq platformasına start verilməlidir. İkincisi, ölkəmizdə xaos yaradılmasına imkan verməmək üçün müqavimət gücümüz daha da möhkəmləndirməli, bu baxımdan ölkə prezdentinin 2018-ci ilin aprelindən başlayan və böyük əhəmiyyət kəsb edən islahatlar cəmiyyətin və dövlətin bütün qatlarını əhatə etməlidir”.redaktor.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar