Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turan:"AYB-nin bu işi də yarımçıq qaldı"

Tarix: 27-08-2019 11:38     Baxış: 5357 A- / A+
Tural Turan:"AYB-nin bu işi də yarımçıq qaldı"
Son günlər ölkə mediyasında gündəmdən düşməyən AYB-nin XIII qurultayı və bu qurulayda namizədliyini verəcəyini açıqlayan gənclərin fikir mübadiləsi davam edir.

AYB-nin XIII qurultayında namizədliyini verəcəyini elan edən Prezident təqaüdçüsü Tural Turan AYB-nin milli-ideoloji xəttə laqeyd münasibətindən danışıb:

"Azərbaycan Yazıçılar Birliyi müstəqilliyimizin 28 ilində edə bilərdi:


(Birinci qeyd)

1. Milli ideoloji ədəbiyyatın yaranması ilə bağlı konsepsiya hazırlamadı və müharibə şəraitində olan bir ölkənin milli maraqlarına xidmət edən konsepsiyası indi də yoxdur. Halbuki, 1992-ci ildə müharibə şəraitində olan Xorvatiyada, eləcə də uzaq 60-cı illərdə İsraildə belə bir konsepsiya qəbul olunub. Ssenarilərlə, kiçik hekayələrlə dövlətin üzləşdiyi problem, soyqırım bəşəri ədəbi nümunə formasında dünya ictimaiyyətinə təqdim olunur. Hətta 2016-cı ilin oktyabrında bir qrup yazıçı (AYB rəhbərliyi əsas tərəf qismində) müdafiə naziri Zakir Həsənovla görüşdü.

Görüşdə yazıçıların hərbi hissələrdə görüşlərinin keçirilməsi, cəmiyyətdə hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi və s. məsələlər müzakirə olundu.

Nazir əsgərlərdə hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi üçün ədəbiyyat xadimlərinin təbliğatının böyük rol oynadığını diqqətə çatdırmışdı.

Görüşdən sonra qərara alınmışdı ki, şair-yazıçıların hərbi hissələrə ezamından tutmuş, bayram və hüzn günlərində TTM və AYB-nin Natəvan klubunda yaradıcı hərbçilərlə görüşlər də keçiriləcək. Həmçinin, planda yaradıcı zabit və əsgər heyəti arasında ədəbi müsabiqə keçirmək, o cümlədən, bəzilərinin AYB-yə üzv seçilməsi ideyaları da var idi. Sonradan bununla bağlı məlumatlar oxumadıq. Əgər bu barədə hər hansı bir yenilik olsaydı bir üzv kimi mənim xəbər olardı.

Bu iş də yarımçıq qaldı.

Halbuki, AYB Xocalı, Qaradağlı, Bağanis Ayrım soyqırımlarının dünyada ədəbi prizmadan tanıdılması üçün çox iş görə bilərdi. Nəticə göz qabağındadır. Qarabağ məsələsi ilə bağlı dünya arenasına çıxmış, müsabiqələrdə iştirak etmiş bir cümləlik qısa hekayəmiz belə yoxdur."

Tural Turan
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar