Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Həsənağa Turabov müstəntiqi şillələyib? - Polis oğlundan AÇIQLAMA

Tarix: 26-08-2019 12:05     Baxış: 4215 A- / A+
Həsənağa Turabov müstəntiqi şillələyib? - Polis oğlundan AÇIQLAMA


Azərbaycan xalqının görkəmli aktyorlarından, xalq artisti Həsənağa Turabov haqqında sosial şəbəkələrdə yayılan məlumatlara oğlu, Bakı şəhər Baş Polis İdarəsinin qeydiyyat məsələləri şöbəsinin inspektoru, polis polkovnik-leynetantı Yalçın Turabov münasibət bildirib.

Manevr.az unikal.org-a istinadən xəbər verir ki, Y.Turabov bildirib ki, atası Həsənağa Turabovun kiminsə həbs olunması ilə bağlı şahidlik etməyə məcbur edilməsi, buna cavab olaraq, polis əməkdaşını şillə ilə vurması ilə bağlı deyilənlər yalandır.

"Həsənağa Turabov haqqında sosial şəbəkələrdə əsası olmayan, həqiqətdən uzaq məlumatlar yayılıb. S osial şəbəkələrdə yazılanlarla bağlı ailə üzvlərimiz, atamın yaxınları bu barədə deyilənlərdən məlumatsızdır. Xahiş edirik ki, H.Turabov haqqında məlumatlar yayarkən onun ailə üzvləri ilə dəqiqləşdilmə aparılsın".

Qeyd edək ki, sosial şəbəkələrdə xalq artisti Həsənağa Turabovun dilindən yayılan məqaləni təqdim edirik:

"Bir gün Həsənağa Turabovu polis idarəsinə dəvət edirlər. Həsənağa müəllim də gedir. Müstəntiq ayağa qalxıb onu qarşılayır. Həsənağa müəllim müstəntiqdən soruşur ki, məni bura niyə çağırmısınız? Müstəntiq bilmir ki, vəziyyəti necə izah etsin, bir təhər dili dolaşa-dolaşa deyir:
- "Həsənağa müəllim, sizin aktyor (adını yazmırıq həmin aktyorun) cinayət hadidəsi törədib və bundan təkcə sizin xəbəriniz var. Məsələ də budur ki, siz hal şahidliyi etməlisiz".
Həsənağa müəllim özünəməxsus səs tonu ilə müstəntiqə deyir
- "Yəni, o aktyorun üzünə durmalıyam?"
Müstəntiq deyir ki, bəli, əgər siz şahidlik etsəniz, o adam dərhal həbs ediləcək, başqa şahidimiz yoxdur. Yoxsa cinayəti bilib gizlətdiyiniz üçün siz də istintaqa cəlb edilə bilərsiniz.
Həsənağa müəllim ayağa qalxır, müstəntiqə deyir ki. stolun arxasından bu tərəfə keçsin. Müstəntiq keçən kimi, Həsənağa müəllim onun üzünə möhkəm bir sillə vurub deyir:
- "Küçük, mənim oğlum yaşındasan, məni bura üzə durmağa çağırmısan!?"
Müstəntiq nə edəcəyini bilmir və Həsənağa müəllimi hədələyir ki, səni də istintaqa cəlb edəcəm. Həsənağa müəllim dirsəyini göstərib "bunu görərsən, sən çalış özün kimi küçə arvadlarını tap, sənə kömək etsin" deyir.
Əlbəttə ki, müstəntiq gənc və "qazlı" olduğu üçün kimi və nə üçün yanına çağırdığını anlamırdı. Özü də Həsənağa müəllim kimi mərd, əqidəli əsl türk kişisini...
Üstündən bir müddət keçir, məlum olur ki, həmin aktyor cinayət törtəməyib, əslində cinayəti başqa biri həyata keçirib. Həsənağa müəllim həmin aktyoru da götürüb gedir həmin müstətiqin yanına... Müstəntiq onu görən kimi yerindən dik atılır. Həsənağa müəllim tələb edir ki, aktyordan üzr istəsin. Belə də olur, müstəntiq uzun müddət aktyoru incitdiyini görə üzr istəyir. Həsənağa müəllimdən üzr istəyəndə isə, o belə cavab verir:
- "Dünyada iki nəfər əclaf var. Biri mənim çəkildiyim "Qanlı zəmi" filmində kəndə təyin etdirdiyim kəndxuda, biri də sən...".
Şübhəsiz ki, müstəntiq o filmə baxmadığına və kəndxudanın kim olduğunu bilmədiyinə görə bu sözləri başa düşmür və gülür. Həsənağa müəllim qapını çırpıb gedir...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar