Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sevdiyim qadına eləmədiyim fədakarlığı sevmədiyim qadına etmişəm

Tarix: 24-08-2019 17:43     Baxış: 3322 A- / A+
Sevdiyim qadına eləmədiyim fədakarlığı sevmədiyim qadına etmişəm

Kəramət Böyükçöl yazır...

Dostum deyir ki, babam hamıdan küsmüşdü, heç kimlə danışmırdı. Bütün qohum-əqrəba, kənd, rayon, hətta arvadı da elə bilirdi, kişinin dili batıb. Heç kim unamırdı ki, dili batmayıb, küsüb. Düz 10 il danışmadı, elə küsülü də getdi dünyadan, heç kimlə kəlmə kəsmədi, heç kimi danışdırmadı.

Hərdən adamlardan o cür küsüb, danışmaq istəməyəndə dostumun babası yadıma düşür. Bu boyda hiss, duyğu ilə necə oldu ki, anlaşıla bilmədim, məsələn, adicə bir qadına özümü ifadə edə bilmədim, nə elədim, səhv başa düşüldü. Eyni ölkədə yaşadıq, eyni universitetdə eyni kitabları oxuduq, eyni müəllimlər bizə dərs dedi. Küsdüm. İncidim. İnsanıq da, hər şeyi lağlağıya qoymaq olmur ki...

Di gəl ki, ayıq vaxtı güldüyüm şeylərə içib ağladım. Sonra peşman oldum. Daha sonra peşmanlığıma güldüm. Lap axırda anladım ki, peşmanlığıma gülməkdə səhv eləmişəm. Bir az da yaşayandan sonra mənə elə gəldi ki, səhv eləməmişəm, düz edib gülmüşəm. Həyat haqqında bütün bu tərəddüdlər içindəykən, ailə qurmaq, uşaq dünyaya gətirmək və özünü güclə gəzdirdiyin çiyinlərinə əlavə bir yük də götürmək... Yaşamaq çox çətindir.

Amma mən, doğrudan da, küsmüşəm. Atamdan, anamdan, bacımdan, qardaşımdan, həyat yoldaşımdan küsmüşəm. Mən bu boyda hisslərlə yaşaya-yaşaya onlara endim, onlara düşdüm, amma onlar bir addım da mənə qalxmadılar. Düzdür, atam bir az qalxdı, çünki o, onsuz da mənim üçün yuxarıda idi.

Səndən çıxıb gedən qadın, bilirsənmi, niyə ağrıdır? Çünki çiynində qollarının yeri yiyəsiz qalıb. Səndə boş yer qoyub gedib. O yerdir səni dəli eləyən. Qoşa baxdığın güzgülərdir səni çöllərə salan, alkaş, əyyaş eləyən. Ayrıldığın qadın bir gün yanından keçərkən başını qaldırıb ona baxmağa ərinməkdir məni qorxudan. Məhz ərinmək. Yəni adiləşmək. Dünyada ən çox qorxduğum şey adiləşməkdir. Qarşımdan keçsin, onu görüm, məni görsün deyə saatlarla yol kənarında gözlədiyin qadın bir gün zəng edib səni yanaşı yatmağa çağırır, sənsə ərinirsən, Şərif Ağayar, Salam Sarvanla bir rumka araq içməyi daha üstün tutursan.

Hisslərimiz niyə bu qədər adiləşdi? Adamlar niyə bu qədər tez yox olur? Amma məncə, mən incimişəm, dostumun babası kimi hamıdan küsmüşəm. Məncə, mən sevdiyim bir qadına eləmədiyim fədakarlığı sevmədiyim bir qadına etmişəm, o da bunu bilib, çıxıb gedib. Bilib ki, bu fədakarlıqlar onun üçün deyil, bilib ki, bu fədakarlıqlar məhz mənim özümü bu həyata bağlamaq üçün fəndlərdir, aktyorluqdur. O da haqlıdır. Amma bütün bu sevgi oyunlarının cəzasını uşaqlar çəkir.

Həssas bir ata üçün uşaq dəhşətli bir hissdir. Baxırsan, iki əli, gözü, qaşı var, yavaş-yavaş böyüyəcək də - deyirlər, amma sən onun yerişinə, danışığına, hərəkət və davranışlarına baxırsan, nədənsə, özünü o cocuğa borclu hiss edirsən. Uşaq cismani bir varlıqdır. Amma səni narahat edən onun məhz sənin içində doğulan yeridir.

Hərdən adam dəli bir hisslə sevmək istəyir, içindəki vətən həsrətini, sevgi ehtiyacının başın qatmaq üçün, məncə, sevməlisən. Amma kimi? Harada? Necə? Alınırmı? Varmı? Nəticədə, dünyadan küsürsən, həyatdan, adamlardan, bacıdan, nadan bir qardaşdan, klassik bir anadan, həssas bir atadan, bir vaxt dərsdən gələndə çantasında sənə pivələr daşıyıb, sonra çox içir – deyib gedən qadından, puldan ötrü ölən qayınatadan, başı heç nədən çıxmayan, amma yaxşı qutab bişirən qayınanadan küsürsən.

Dostdan, məşuqədən, taksi sürücülərindən, məhlədəki dükanlardan küsürsən. Hamıdan, hər şeydən, dünyadan, həyatdan küsürsən, ölənə kimi heç kimlə danışmırsan. Qoy elə bilsinlər dilin batıb...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar