Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əgər Milli Məclis üzvünün ailəsi qanunu pozursa..." - Ekspertdən şərh

Tarix: 23-08-2019 20:35     Baxış: 3156 A- / A+
"Əgər Milli Məclis üzvünün ailəsi qanunu pozursa..." - Ekspertdən şərh

"Böyük biznes obyektlərinin mütləq əksəriyyəti əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölürlər. Elə həmin şirkətlər də normal vergi ödəmirlər”.

Manevr.az xəbər verir ki, bu barədə bizimyol.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

O, deyib ki, Vergirlər Nazirliyinin keçmiş rəhbərliyi gizli iqtisadiyyata göz yumub: "Yeni rəhbərliyin gizli iqtisadiyyata qarşı mübarizə aparması təqdirə layiqdir”.

Ekspert hesab edib ki, "Relaks” istirahət və turizm mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün bura gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşməsinin ajiotaj yaratması müsbət haldır: "Hamının gözü qarşısında vergidən kobud şəkildə yayınmaq gülməlidir. Ümid edirik ki, gizli iqtisadiyyatla məşğul olan biznes obyektlərinin sahibləri nəticə çıxaracaqlar.

Ümumən, dünyadan vergilərin optimallaşdırılması təcrübəsi var. Yəni vergini az ödəmək üçün biznesini fərqli şəkildə təşkil etməyə çalışırlar. Vergi Məcəlləsində bu və bu kimi məsələlər nəzərə alınıb. Yəni sənin biznes strukturun açıq-aşkar biznesdən yayınmaq üçündürsə, təbii ki, bu, yolverilməzdir. Vergi biznes obyektindən tutulmalıdır.

Amma bu halda görürük ki, Milli Məclisin deputatı İqbal Məmmədovun ailə üzvləri qanunun tələbini pozursa, biz ondan daha nə gözləyə bilərik? Amma "Relaks” istirahət mərkəzi ilə bağlı görülən tədbirlərdən sahibkarlar nəticə çıxaracaqlar, onlar qanunun tələblərinə əməl edəcəklər”.

Hüquqşünas deyib ki, əksər restoranlar və hotellər "Relaks” kimi işləyirlər: "Onlar da gizli iqtisadiyyatla məşğuldurlar. Əksər restoran və hotellər əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölüblər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar