Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşıb

Tarix: 23-08-2019 19:45     Baxış: 4125 A- / A+
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşıb

Avqustun 23-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, avqustun 19-dan etibarən keçirilən müsahibələrdə 3 292 namizəd iştirak edib. İmtahan nəticələri barədə məlumat növbəti həftə ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılıb. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim ediblər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilib.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar