Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Şamanlığın kodları- Hikmət Nikbin

Tarix: 23-08-2019 17:36     Baxış: 3997 A- / A+
Şamanlığın kodları- Hikmət Nikbin

Şamanlığın tarixi biz Türklərin tarixidir və ya biz Türklərin tarixi şamanlıqdan başlayır, Şamanlıqdan gəlir.
Şamanlıq atəşpərəstlikdən, bütpərəstlikdən daha qədimdir.
Şamanlığın adını çəkdiyim bu dinlərə də təsiri olmşdur.

Əslində od üstündən atılmaq heç də atəşpərəstlikdən gəlmir, Şamanlıqdan gəlir. Əslində od üstündən atlanmaq, od ətrafında halay vurmaq lap qədim Şaman ayinlərindən biridir. Bu ayinlə arzularını dilə gətirirsən, odla ülfət bağlayırsan.
Od Şamanlığın ən vacib elementidir.
Şamanlığın kodları- Hikmət Nikbin

Şamanlıq yeganə dinlərdən biridir ki, oda qurban deməyib, oda qurban verməyib.
Şamanlığa görə od və Tanrı müqəddəsdir.

ŞAMANLIQ DİNİNƏ GÖRƏ MÜQƏDDƏSLƏR QURBAN İSTƏMƏZ!

Novruz bayramında keçəl, kosa, keçi, kız (bahar qız) mərasimi də Şamanlıqdan gəlir.
Buynuzlu kosa qaranlıq dünyadakı bəd ruhları ifadə edir. Pislik, yamanlıq isə daim əzablı ölümə məhkumdur. Kosanın uşaqlardan pay umması, pay yığması rəmzi xarakter daşıyır. Axı, uşaqlar gələcək həyatdır. Kosa gələcəkdən özünə ömür payı umur. Ancaq bu da ona kömək etmir.

Çünki keçi var.
Keçi ZAMANdır.
Bu ayində səbəbsiz və ya təsadüfi olaraq keçi ZAMAN kimi götürülməyib. Əkinçiliyin, heyvandarlığın fəlsəfəsini bilən (bəli, məhz fəlsəfəsini) əcdadlarımız başa düşmüşdülər ki, bütün heyvanların içində keçi ən çox hərəkətlidir, ən az dincələndir. Bu baxımdan keçini ZAMANla müqayisə etmək istəmişlər. Zaman (keçi) sonda şərə (kosaya) qalib gəlir.
Başdan-ayağa qaraya bürünmüş kosanı keçi (Zaman) öldürür.

Bahar qız isə Tanrıdır. Tanrı yaradandır, törədəndir, safdır, məsumdur. Axı, Şamanlığa görə Tanrı bütün xeyirxahlığı Yer aləmi üçün özündən doğur, özündən qoparır. Təkdir!
İlk vaxtlar ibtidai "quruluş"da - Matriarxatlıqda Şaman insanlar Yerdəki idarəçilik təsəvvürlərini SƏMAya da "daşımışlar".
Yəni, İnsan məskənlərinin Xaqanı qadın ana olduğu kimi Göylərin də Xaqanı (bahar qız) qadın Tanrı idi.
Əcdadlarımız insanlığın uşaqlıq çağında Yaradıcı gücə Kız (Qız) demişlər (çox qədim dinlərlə də bağlı tarix yaddaşında qadın Tanrılarının adlarını saxlayır).
İlk Şamanlar da qadın Şamanlar olub.
Toplumun bütün həyatı KİŞİlərin gücündən asılı olduqca Şamançılıqda da dini təsəvvürlər təkmilləşirdi.
İnsan Səmada da "səhv"inə düzəliş etdi.
Bu mərasimdə Zamanla Tanrı əbədidir.
Onlar daimidirlər.

Keçəl isə sabahlardır.
OLACAQ, yəni SABAH (keçəl ) hamı üçün maraqlıdır. Hamı OLACAQları SABAHı (keçəl) səsləyir.
Kosa da sabahdan (keçəldən) ayrı düşmək istəmir (ŞƏRİN ƏBƏDİLİK ARZUSU)
Keçəl isə keçinin (zamanın) kosa (bəd ruh) üzərində qələbəsinin sevincini yaşayır, kosanın (bəd ruhun) ölümünü bayram edir.
Keçəl də şamançılığın bir vacib elementidir.
Axı, yazı OLACAQlar üzərində yazılmamış ağ kağız parçasıdır.
OLACAQlar, yəni SABAHlar keçəli dolğun ifadə edir.
Keçəlin (OLACAQların) əlindəki yumurta isə Doğuluşdur. Keçəl (sabah) həyat verir və ya həyat alır (uduzduğu yumurtanı verir, udduğu yumurtanı alır).

Göründüyü kimi, heç də Şamanlıq itirilməyib.
Göründüyü kimi, bu gün də Şamanlığın elementləri həyatımızda mövcuddur.
Göründüyü kimi, biz Türklər bütpərəst, atəşpərəst, yəhudi, xristian, islam dinlərinin istilasına məruz qalanda Şamanı, şamanlığı əli Qopuzlu Ozanların kod adı altında gizlətmişik.
Qopuz- şamanlıq, ozan-şaman ...müqəddəsdir işarəsini vermişik.
Qeyri-şüuri, qeyri-ixtiyari olaraq bu " işarəyə " bu gün də əməl edilir. Yəni Türk törəni qəbul etdiyi bütpərəstliyi, yəhudiliyi, xristianlığı Şamanlığa uyğunlaşdırmışdır.
Sadəcə forma başqalaşıb, məzmun isə eynidir.

Bu gün də dünyasını dəyişənlərimizin qəbrinə kəsilmiş yaşıl ağac budağı qoymağımız da Şamanlıqdan gəlir.
Ağac budağını kəsib ölənlə birgə basdırmaq ölənin əcdadlarına qovuşmaq mənasını verirdi. Axı, Şamanlığa görə, biz Türklərin əcdadı Ağacdır (Tanrı həmin ağaca insan dünyaya gətirmək qabiliyyəti vermişdi).

Çox qəribədir, bu təsadüfdür, yoxsa Ə. Hüseynzadənin düşünülmüş gedişi?

Qədim inancımızda şər ruhlara qarşı Şamanlıq 3 (üç) rənglə birlikdə mübarizə aparırdı:

Od rəngi qırmızı,
Ağac - qadın- anamız yaşıl,
Tanrı - Səma- göy rəngi.

Bu üç elementin üçü də bayrağımızdadır.
Təbii, Əli bəy bu rənglərə başqa məzmun verməklə mahiyyəti gizlədə bilərdi.
Axı, O, Türkçü idi.

Yuxarıda qeyd etdiyim kimi, atəşpərəstlikdən və diğər qədim dinlərdən fərqli olaraq Şamanlıqda nə öləni, nə ölümə məhkum etdiklərini odda yandırmayıblar.
Od xəstələnənlərə həyat verirdi, həyat ala bilməzdi.

Şamanlıqın ilk zamanlarında torpağı qazımaq o dövr üçün həyati olan heyvandarlığın inkişafının qarşısını alardı. Ot sahələrinin azalmasına səbəb olardı. Bu baxımdan da xeyirxah Tanrının "izn"iylə müəyyən ərazilərdə yer şumlana bilərdi.
İnsan basqılarına məruz qalan heyvan sürüləri ərazilərdən çəkildikcə, eləcə də kütləvi xəstəliklər nəticəsində qırıldıqca və cəmiyyətlər say baxımından artdıqca, qida əldə etməsində çətinliklər yarandıqca, insanlar çətinliklərlə üzləşdikcə əkinçilik də vacib element kimi ortaya çıxdı.
Tanrı da torpağa toxunmaq olmaz "yasa"sına korrektələr etdi.
İnsanlar qidasızlıqlarını dənli bitkilər hesabına ödədilər.

Şamanlığa görə Göy üzü 7 (yeddi) qatdan ibarətdir.
Yeddinci qat sonuncu da deyil. O qatdan sonra Tanrı gəlirdi.
Şamanlıq dininə görə isə Tanrı nə əvvəldədir, nə də axırda.
Tanrı əvvəldən və axırdan hündürdədir, çox ucadadır.
Bu səbəbdən də Şamanlıq 8-ci qat bilməyib.

Türk törəni 7 rəqəmini özlərinin rəqəmi biliblər.
Şamanlığa görə 7 rəqəmi Tanrının da sevdiyi rəqəmdir.
Şamanlığa görə NƏyinsə kölgəsi torpağa düşürsə, vardır.
Şamanlığa görə, Tanrı ruhumuza kölgəsini qoyub gedib.

Bir sözlə, Türk törəni ya bütpərəst, ya yəhudi, ya xristian, ya islam olmasından asılı olmayaraq öz həyat tərzində Şamanlığın müəyyən tərəflərini qoruyub saxlayır.

Səmavi dinlərdə Hun-Macarıstanı qədər xristianlığı Şamanlığa uyğunlaşdıran ikinci ölkə yoxdur.
Sanki bu böyük xalqın dini xristian, təriqəti isə Şamanlıqdır.

Hikmət Nikbin

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar