Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda məşhur jurnalist imkansız tələbənin 1 illik təhsil haqqını ödədi - ŞƏKİL

Tarix: 22-08-2019 18:34     Baxış: 4157 A- / A+
Azərbaycanda məşhur jurnalist imkansız tələbənin 1 illik təhsil haqqını ödədi - ŞƏKİL

Radiodakı “Avtostop” verilişinin aparıcısı Tural Yusifov Azərbaycan Dillər Universitetinin Jurnalistika ixtisasına qəbul olunan, lakin maddi imkanı zəif olduğu üçün təhsil ala bilməyən tələbənin 1 illik təhsil haqqını ödəyib.

Bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat verib. O qeyd edib ki, Zeynəb adlı birinci kurs tələbəsinin növbəti il üçün nəzərdə tutulan 1500 manat ödənişini T. Yusifov universitetin kart hesabına köçürüb:

Qeyd edək ki, Ş.Sərdarlının adıçəkilən tələbə ilə bağlı elan paylaşmasından sonra Zeynəbin birinci kurs üçün nəzərdə tutulmuş 1500 manat məbləğində təhsil haqqı toplanıb. Adının açıqlanmasını istəməyən şəxs təhsil haqqının yarısını (750 manat) ödəyib.

Digər bir şəxsin təşəbbüsü ilə onun adına bank hesabı açılıb. Adının hallandırılmasını istəməyən həmin şəxs Zeynəbə 4 il boyunca hər ay 100 manat məbləğində təqaüd verəcək.

Təhsil haqqının ödənilməsi üçün "Hədəf" kurslarının direktoru Şəmil Sadıqov 200, başqa bir oxucu isə 400 manat göndərib. Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsində 1500 manat pul yığılıb. Beləliklə, bir illik təhsil haqqının ödənilməsi üçün lazım olan vəsait toplanılıb. Tural Yusifovun dəstəyi sayəsində tələbənin 2-ci kurs üçün nəzərdə tutulmuş təhsilhaqqı da tamamlanıb.

Ş. Sərdarlı onu da bildirib ki,

Bundan başqa ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbəni yataqxana və pulsuz yemək talonları ilə təmin edəcək.

Xatırladaq ki, Astara rayonunda yaşayan Zeynəb Əlizadənin atası yoxdur, anası isə yataq xəstəsidir. Ona indiyədək yaşlı nənəsi baxıb.modern.az

Manevr.az
Azərbaycanda məşhur jurnalist imkansız tələbənin 1 illik təhsil haqqını ödədi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar