Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?

Tarix: 20-08-2019 19:27     Baxış: 4212 A- / A+
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?

Etibar Əliyev: “Azərbaycan universitetlərinin qarşısına konkret məqsəd, plan qoyulmalıdır”

Ötən həftə, avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildən bəri bu reytinq şəffaf metodologiya və obyektiv üçüncü tərəfin məlumatına əsasən dünyanın aparıcı 500 universitetinin adını təqdim edir. bu, dünyada etibarlı reytinq sayılır.bu ilsə dünyanın ən yaxşı 1000 universitetinin adı açıqlanıb.

Artıq 17 ildir Harvard Universiteti reytinqdə birinciliyi saxlayır. Stenford Universiteti və Kembric Universiteti uyğun olaraq 2 və 3-cü yerdədirlər. İlk onluğa daxil olan digər universitetlər Massaçusets Texnologiya İnstitutu (MIT), Berkli, Prinston, Oksford, Kolumbiya, Kaltek və Çikaqodur.

Avropa qitəsində Sürix Universiteti (19) ən yaxşı universitet sayılır. Ondan sonra Kopenhagen Universiteti (26) gəlir. Asiyada isə Tokio Universiteti (25) və Kyoto Universiteti (32) liderliyi saxlayır. Tsinxua Universiteti (43) Asiya universitetləri içində üçüncüdür. Melburn Universiteti (41) Okeaniyada liderdir. Moskva Dövlət Universiteti dünya reytinqində 87-cidir.

Tehran Universiteti 301-400-cü, Təbriz Universiteti isə 901-1000-ci pillələr arasındadır. Azərbaycandan isə siyahıda heç bir universitetin adına rast gəlinmir.

Muallim.edu.az saytı da hansı universitetlərin daha keyfiyyətli təhsil verməsi, hansılarında peşəkar mütəxəssis kimi yetişməyin mümkünlüyü barədə araşdırma aparıb.

Çinin "Academic Ranking of World Universities" (dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (Şanxay reytinqi‎) və ya qısaca ARWU növbəti dəfə bu suala cavab verməyə çalışıb. Şanxay reytinqi dünyanın keyfiyyətli təhsil verən nüfuzlu universitetlərinin qlobal sıralamasını dərc edib. 2019-cu il üzrə dünyanın keyfiyyətli ali təhsil xidmətləri təqdim edən universitetlərinin reytinq cədvəlinə 17 ildir ki, fasiləsiz olaraq Harvard Universiteti başçılıq edir. Reytinqin ön sıralarında əsasən ABŞ və Böyük Britaniya universitetləri yer alıb: 1.Harvard Universiteti, 2. Stanford Universiteti, 3.Kembric Universiteti, 4. Massaçusets Texnologiya İnstitutu, 5. Kaliforniya Berkli Universiteti, 6. Prinston Universiteti, 7. Oksford Universiteti, 8. Kolumbiya Universiteti, 9. Kaliforniya Texnologiya İnstitutu, 10. Çikaqo Universiteti.

Reytinqin ümumi versiyasına görə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti planetin aparıcı ali məktəbləri arasında ilk 100-lükdə qərarlaşıb. MDU qlobal reytinqdə 87-ci yeri tutub. Rusiyadan top-500-lükdə həmçinin Sankt-Peterburq və Novosibirsk universitetləri, eləcə də Moskva Fizika Texnika İnstitutu yer alıb. Siyahının aşağı hissəsində Rusiyanın daha 7 ali məktəbi qərarlaşıb. Sıralamada Türkiyə 12 ali təhsil müəssisəsi ilə təmsil olunub. Türkiyə milli reytinqində 1-ci olan İstanbul Universiteti Şanxay reytinqində 401-500 aralığında yer alıb.

Qeyd edək ki, ARWU reytinqi universitetlərin akademik uğurlarının qiymətləndirilməsi sahəsində ən etibarlı vasitələrdən biri hesab olunur. Şanxay reytinqi 2003-cü ildən başlayaraq dünyanın ən yaxşı universitetlərinin siyahısını təşkil edir. Reytinq üçün ən əhəmiyyətli göstəricilər ali məktəblərin Nobel və riyaziyyat üzrə Filds mükafatı almış məzunlarının və müəllimlərinin sayı, "Nature" və "Science" elmi jurnallarında dərc olunmuş məqalələrin sayı və onlara olan istinadlar, eləcə də "Science Citation Index" – "Expanded" və "Social Sciences Citation Index" verilənlər bazasında indeksə olunmuş jurnallarda bir universitet əməkdaşına düşən məqalələrin sayı əsas götürülür.

Bu il tədqiqat gedişində dünyanın müxtəlif ölkələrindən 1800-dən çox universitet qiymətləndirilib, onlardan yalnız 1000 ali məktəb ümumi reytinqə daxil ola bilib.

Hər dəfə bu cür siyahılar açıqlandıqca Azərbaycandakı ali məktəblərin burada yer almaması da ciddi müzakirələrə səbəb olur. Ölkədə sayı heç də az olmayan ali məktəblər olsa da, onlar bu siyahıda yer almırlar. Niyə kriteriyalara cavab verilmir? Standartlar ölkə universitetlərindən çoxmu yüksəkdədir?

Təhsil eksperti Etibar Əliyev musavat.com-a açıqlamasında bildirdi ki, universitetlərlə bağlı reytinq cədvəlləri çox ciddi kriteriyalar əsasında hazırlanır. Müsahibimizin sözlərinə görə, uzun illər boyunca həmin kriteriyalar əsasında reytinqin qiymətləndirilməsində hər hansı tənqidə rast gəlinmir: “Mən bu məsələ ilə bir qədər çox maraqlanıram. Reytinqlərdə oxşar kriteriyalar mövcuddur. İlk növbədə universitetlərdəki professor-müəllim heyəti önəm daşıyır. Universitetdə neçə Nobel mükafatçısının olması, dünyada tanımış professorların tərkibi, universitetin kitabxanaları bu reytinq cədvəlinin tərtibatında əsas kriteriyalardandır. Eyni zamanda universitetin kampusları da önəm təşkil edir. Geniş kampus olmalıdır ki, tələbə oradan çıxmasın. İdman, əyləncəli oyunlarla da paralel məşğul olsun”.

E.Əliyev bildirdi ki, ciddi faktorlardan biri də universitetin elektron məkanlarda görünməsi, təbliğatının geniş yayılmasıdır. Ekspertin fikrincə, Azərbaycanda bu işlərdə də geriləmə mövcuddur. Belə ki, universitetin müəllimlərinin elmi təhqiqatları, həyata keçirdikləri elmi yeniliklər, universitetin yeni elmi çağırışlara cavab verməsi onun reytinq cədvəlində üst sıralara çıxmasında mühüm rol oynayır: “Ən əsası isə elmi tədqiqatlara istinadlardır. Nüfuzlu jurnallarda çap olunan elmi məqalələrin keyfiyyəti və bu kimi kriteriyalar da vacib olanlar sırasındadır. Universitetə cəlb olunan xarici tələbələrin sayını da yaddan çıxarmaq olmaz. Ciddi reytinq təşkilatları bu cür mühüm kriteriyalar əsasında reytinq tərtib edirblər. Postsovet məkanına daxil olan və Şərqi Avropa ölkələri üçün ayrıca QS reytinqi mövcuddur. Orda Azərbaycandan İqtisad Universiteti yer alıb. QS reytinqinin nümayəndələri universitetin həmin reytinq cədvəlində yer almasını əsas tutub, orada qeyd olunan kriteriyalarla tanışlıq üçün gəlmişdilər”.

Təhsil eksperti xatırlatdı ki, bu siyahıda Moskva Dövlət Universiteti də 87-ci yerdə qərarlaşıb. Ən yaxşı universitetlər isə Amerikadadır. Onlar bir qayda olaraq üst sıralarda yer tuturlar: “Amerika universitetləri öz aralarında ciddi rəqabət aparırlar. Çalışırlar ki, qeyd etdiyim kriteriyalarda tətbiq daha geniş vüsət alsın. Türkiyədə də universitetlərin inkişafı artıq başlayıb. Ortadoğu Texnik, İstanbul Texnik Universitetləri üst sıralarda yer alırlar. Universitetin tanınmış məzunlarının hansı mövqedə olması da reytinq siyahısının tərtibatı zamanı mühüm əhəmiyyət kəsb edir. Bizdə isə mövcud vəziyyət göz önündədir. Amma Qazaxıstanda Nazarbayev Universiteti öndədir. Konkret bizdə də plan, məqsədlər qoyulmalıdır ki, universitetlər reytinq cədvəllərində yer tutmaq üçün işlər görsünlər. Bunun üçün vəsait, kadr potensialı tələb edilir. Ölkədən beyin axını demək olar ki, maksimal həddə çatıb. Bizim ümidimiz dövlət hesabına xarici ölkələrdəki nüfuzlu universitetlərdə oxuyub, daha sonra ölkədəki universitetlərdə çalışacaq məzunlara idi. Təəssüf ki, o proqram da artıq ləğv olunub”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar