Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çingiz xanın çadırına zəncirlənən qadın sultan - TARİXİ FAKT

Tarix: 20-08-2019 16:48     Baxış: 4191 A- / A+
Çingiz xanın çadırına zəncirlənən qadın sultan - TARİXİ FAKT

Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır.

Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəiflədi. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük idi.

Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət, monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi oldu.

Əlaəddin Məhəmməd barədə maraqlı bir tarixi faktı oxu.az-a tarixçi-alim Əkbər Nəcəf təqdim edib:

"Xarəzmşah Əlaəddin Məhəmmədin bütün hakimiyyətliyi anası Tərkan Xatunun təsiri altında keçdi. Əslən Qanqlı türklərindən olan bu qadın sərt təbiətli və mərhəmətsiz idi. Cüveyni onu belə təsvir edir:

"Tərkən xatunun öz sarayı, özünə tabe dövlət sistemi, müstəqil əmlakı və iqtisadi idarə sistemi vardı. Dövlətin xəzinəsini istədiyi kimi xərcləyə bilirdi. Tez-tez əyləncə məclisləri təşkil edirdi. İstədiyi dövlət məmurunu çıxarır və yerinə istədiyini təyin edirdi. Sahib olduğu bu güc və qüdrətlə bir çox xanədanın soyunu qurutdu. Əgər bir ölkə ələ keçirilərsə, oranın hakimləri Xarəzmə gətirilir, Tərkən xatun onlardan öz oğluna bir xətər gəlməməsi üçün öldürüb çaya atdırırdı".

Çingiz Xanın əlinə əsir olaraq keçən bu hökmdar qadının son illəri səfalət içində keçdi. Çingizin çadırında it kimi zəncirə vurulduğu və xanın süfrəsinin artıqları ilə qidalandığı bildirilir. Nəsəvi, qadının yaxın adamlarından olan və daha sonra monqol əsarətindən qaçıb Cəlaləddinin yanına sığınan Bərdəddin Hilala istinadən yazır: "Qoca Validə Sultanın vəziyyəti səfilxanə idi. Gündəlik yeməyini Çingizin süfrəsinin qırıntıları ilə təmin edirdi".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar