Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rüstəm Behrudi: "Kresloların da sahibləri dəyişməlidir"

Tarix: 19-08-2019 20:25     Baxış: 2193 A- / A+
Rüstəm Behrudi: "Kresloların da sahibləri dəyişməlidir"

Bildiyimiz kimi, son günlər ölkə mətbuatında eləcə də ictimaiyyət arasında müzakirələrə, polemikalara səbəb olan mövzulardan biri də AYB-nin XIII qurultayı və bu qurultayda gənc yazarlardan AYB-nin üzvləri, Prezident təqaüdçüləri Emil Rasimoğlu, Tural Turan və Fuad Cəfərlinin namizədliyini verəcəyini açıqlamasıdır.

Manevr.az xəbər verir ki, tanınmış şair Rüstəm Behrudi "Yeni müsavat"a açıqlamasında bununla bağlı öz fikirlərini bölüşüb. Şair Xalq yazıçısı Anarın ədəbiyyatımızda xüsusi yerinin olmasını qeyd etsə də onu gənclərə qarşı münasibətdə qınayıb:

“Anar mənim hər zaman hörmət etdiyim yazıçı olub. Məsələn, onun “Otel otağı” əsərini hər zaman sevə-sevə oxumuşam. Düşünürəm ki, əgər Anar olmasaydı, Azərbaycan ədəbiyyatının bir səhifəsi ağ olardı, bunu qətiyyətlə deyirəm. Amma bu ona bəraət vermir ki, gənc yazıçılar barəsində o sözləri desin. Son açıqlamalarını Anara yaraşdırmadım. Düşünürəm ki, Mirzə İbrahimov AYB-nin sədri olduğu dövrdə Anar indi o gənclərin haqqında düşündüyünü Mirzə İbrahimov haqqında düşünüb. Onun bu yaşda AYB-ə sədr olmasına ehtiyac yoxdur. Çox xoşluqla, hörmətlə həmin kreslonu gənc yazıçılara verib, getmək olar"

Rüstəm Behrudi digər fikirlərində Azərbaycan ədəbiyyatında istedadlı gənc nəslin yetişməsindən söz açıb. Şair xüsusən də qurultayda namizədliyini irəli sürəcəyini açıqlayan gənclərin istedadlı olmağını qeyd edərək gənc kadrların özündən əvvəlki nəsllə əvəzlənməsini vurğulayıb:

"Hazırda Azərbaycan ədəbiyyatına çox güclü nəsil gəlir. Doğrudur, onlar özlərini indi təsdiq edə bilmir, kifayət qədər tanınmır, amma çox istedadlıdırlar. İndi AYB sədrliyinə namizədliyini irəli sürən yazıçıların bir neçə kitabına ön söz yazmışam. Və mən onların istedadına inanıram. Nəsillər dəyişən kimi kresloların da sahibləri dəyişməlidir”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar