Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Qüdrət Həsənquliyev Rusiyanın planını icra edir?” – Deputata növbəti ittiham

Tarix: 19-08-2019 15:08     Baxış: 3177 A- / A+
“Qüdrət Həsənquliyev Rusiyanın planını icra edir?” – Deputata növbəti ittiham

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə millət vəkilləri Fazil Mustafa və Qüdrət Həsənquliyev arasında qalmaqal davam edir.

Manevr.az xəbər verir ki, Sərdar Cəlaloğlu Fazil Mustafanı FETO ilə əlaqədə, Qüdrət Həsənquliyevi isə Rusiyanın adamı olmaqda ittiham edib. Fazil Mustafa ADP sədrindən sübut tələb etməklə yanaşı onu sərt ifadələrə “qonaq” edib. Sərdar Cəlalolğlu isə öz növbəsində Fazil Mustafaya Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət ünvanlamağı tövsiyə edib.

Qüdrət Həsənquliyevin də cavabı sərt olub. “Ölkənin siyasi həyatında çoxlu sayda qeyri-ciddi, anormal insanlar var. Birinə deyirsən sən PKK-çı terrorçu ilə görüşmüsən və bunun məsuliyyyətini daşımalısan, deyir, mən agent deyiləm.

Yaxud deyirlər biologiya üzrə, həm də nəzəri məsələlərə görə Nobel mükafatı verilmir, deyir paxıllıq edirsiniz. Başa düşmür ki, ölkəni biabır edir. Bilirsiniz, mən hüquqi psixologiyanı öyrənmişəm, şizofreniyanın ilk əlaməti utancaqlığın və özünü tənqid hissinin itməsidir. Siyasi həyatda belələri çoxdur. Ona görə də bu tip adamların mənim haqqında danışdırılması səfehlikdən başqa bir şey deyil”, - deyə millət vəkili rəhbrəi olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətinə verdiyi bildirib.

Doğrudur, Qüdrət Həsənquliyev Sərdar Cəlaloğlunun adını çəkməyib. Lakin onun cavabından aydın sezilir ki, səsləndiridiyi ifadələr ADP sədrinə ünvanlanıb.

Sərdar Cəlaloğlu da bunun fərqindədir və “Yeni Sabah”a növbəti açıqlamasında millət vəkilinin dediklərini cavabsız qoymayıb. ADP sədri əvvəlcə Qüdrət Həsənquliyev barəsində səsləndiridiyi ittihama aydınlıq gətirib.

“Qüdrət Həsənquliyev “Gəncə hadisələri” ilə bağlı – söhbət Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddən və daha sonra iki yüksək rütbəli polis əməkdaşının qətlindən gedir – müsahibəsində demişdi ki, bu olayların arxasında Rusiya dayanır. Sözlərinə görə, Rusiyanın burada 3 məqsədi var.

Birincisi, Rusiya Azərbaycanın Avropaya inteqrasiyasının qarşısını almağa çalışır, ikincisi, ölkəmizə silah satmaq istəyir və nəhayət üçüncüsü, Qarabağla bağlı daim hakimiyyətə qarşı təzyiq göstərməklə stabilliyin pozulmasına və nəticədə qoşunlarını Azərbaycana yeritmək məqsədi güdür.

Qüdrət Həsənquliyev bunu 6 ay əvvəl deyib. Həmçinin qeyd edib ki, sonuncu planı həyata keçirmək üçün avqust-sentyabr aylarında müxalifət Qarabağla bağlı hakimiyyətə davamlı təzyiq etməyə başlayacaq, mitinqlər keçiriləcək və s.

İndisə deyir ki, Qarabağı azad etmək üçün hakimiyyətə qarşı davamlı təzyiq etmək lazımdır, aksiyalar keçirilməlidir. Hətta gedib Qarabağ Komitəsinin üzvləri ilə görüşlər keçirir. Yaxşı 6 ay əvvəl dediyin nə idi, indi dediyin nə? Belə çıxmır ki, Qüdrət Həsənquliyev 6 ay əvvəl açıqladığı Rusiyaya məxsus planı icra etməyə başlayıb? Mən hələ o vaxt da demişdim ki, Azərbaycanın millət vəkili Rusiya kəşfiyyatının planlarını haradan bilir?”.

Sərdar Cəlaloğlu daha sonra Qüdrət Həsənquliyevin onun barəsində səsləndirdiyi aşağılayıcı ifadələrə diqqət çəkərək bildirib ki, deyilənlər onu narahat etmir. “Nə Fazil Mustafanın, nə də Qüdrət Həsənquliyevin təhqirləri məni narahat edir. Mənim üçün vacib olanı odur ki, bu şəxslər Azərbaycanın görkəmli şəxsiyyətlərinə dil uzatmasınlar, təriqət savaşına, Qarabağın Azərbaycandan qoparılmasına rəvac verməsinlər”.yeni sabah

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar