Sizin Reklam Burada
Xəbər lenti
23 sentyabr
22 sentyabr
BÜTÜN XƏBƏRLƏR

660 bal toplayan məcburi köçkün məktəblisi: "Məktəbimizin ikinci qız məzunuyam”

Tarix: 18-08-2019 21:45     Baxış: 4106 A- / A+
660 bal toplayan məcburi köçkün məktəblisi: "Məktəbimizin ikinci qız məzunuyam”

"Bacımla hər ikimiz kənddə böyümüşük və dünyagörüşümüz olmayıb. Müəllimlərimin ən böyük dəstəyi bizə təhsil verməklə bərabər, eyni zamanda cəmiyyətə hazırlamaları olub”

Bu cümlələr Laçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olan Aysel Qasımovaya aiddir.

Ayselin bacısı 2017-ci ildə Laçın rayonu Nurəddin kənd orta məktəbini bitirən ilk qız məzundur.

2019-cu ildə isə özü bu məktəbi əla qiymətlərlə başa vurur. Bu yolda ən böyük dəstəkçiləri ataları olub.

Aysel təhsildə əldə etdiyi uğurların ona heç də asan başa gəlmədiyini dilə gətirib. O, uğur qazanmaq üçün necə əziyyətli yollardan keçdiyini, sevincini və təəssüratlarını azadu.az-a bölüşüb.

Ayselin ən böyük məqsədi başqa ölkələrə səfərlər edərək ölkəmizin hüquqlarını xaricdə müdafiə etməkdir:

"Məcburi köçkünlər olaraq Ağcabədidə Taxtakörpü qəsəbəsində bəzi kəndlərə yerləşdirilmişik. Bunlar Arduslu və Nurəddin kəndləridir. Arduslu kəndi balaca ərazi olduğundan məktəbi də məhv olmuş haldadır.İbtidai siniflərdə burada təhsil almışam. Lakin məktəbdə böyük siniflər oxumadığı üçün sonradan Nurəddin kənd tam orta məktəbində təhsilimi davam etdirdim. Bura da kənd məktəbi olduğundan şərait çox çətin idi. Yağış yağanda hər tərəf palçıq içində olurdu. Üstəlik, məktəbdə kadr çatışmazlığı da müşahidə olunurdu. Bəzi müəllimlər öz ixtisaslarına o qədər də yaxşı bələd deyildilər. Beləliklə, məktəb həyatım çox çətin şəraitdə keçib”.

Aysel qeyd edir ki, bacısının təhsil yolunda qatlaşdığı əziyyətlər ondan da çox olub:

"VIII sinifdə təhsil alanda bacım X-da oxuyurdu. O,ali məktəbə hazırlaşmaq istəyirdi. Ona görə də Ağcabədidə "Yeni abituriyent”hazırlıq kursuna müraciət etdi.Keçirilən qəbul imtahanında mən də iştirak etdim. Əsas fənlərdən özüm hazırlaşırdım. İmtahanda yüksək nəticə göstərərək III yerə layiq görüldüm. Lakin ailəm, hələ bacımın hazırlaşdığını dedi. II yerdə qərarlaşsaydım, ödənişlərdə güzəşt olunacaqdı. Kursun rəhbəri məni II yer kimi qəbul etdi. Təhsil aldığım ikinci aydan maksimum bal toplamağa başladım. Bu illəri də yüksək nəticələrlə başa vurdum.

Bacım qəbul imtahanında 543 bal toplayıb. Onun vəziyyəti mənimkindən çox daha ağır idi.İkimizdə kənddə böyümüşük, dünyagörüşümüz olmayıb. Müəllimlərimin ən böyük dəstəyi bizə təhsil verməklə bərabər,cəmiyyətə hazırlamaları olub”.

Aysel Qasımovanın sözlərinə görə, hər cür şəraiti olan insanlar mütləq bunu dəyərləndirməlidirlər:

"Atam müəllimdir. Bizə görə çox əziyyətlər çəkib. Tez-tələsik məktəbə gedirdi, daha sonra bizi dərsdən sonra əlavə kurs hazırlığına aparıb. Bu çətin vəziyyətlərdən bizi qurtaran atam olub.

Şəraitləri yerli-yerində olanlara məsləhət görərdim ki, heç olmasa oxuyub ayaqlarının üzərində durmağı bacarsınlar. Var dövlət gəldi-gedərdir, əlindəkilərin qiymətini bilsinlər, dəyərləndirsinlər”.


Manevr.az

660 bal toplayan məcburi köçkün məktəblisi: "Məktəbimizin ikinci qız məzunuyam”

660 bal toplayan məcburi köçkün məktəblisi: "Məktəbimizin ikinci qız məzunuyam”

660 bal toplayan məcburi köçkün məktəblisi: "Məktəbimizin ikinci qız məzunuyam”

660 bal toplayan məcburi köçkün məktəblisi: "Məktəbimizin ikinci qız məzunuyam”

660 bal toplayan məcburi köçkün məktəblisi: "Məktəbimizin ikinci qız məzunuyam”

660 bal toplayan məcburi köçkün məktəblisi: "Məktəbimizin ikinci qız məzunuyam”









Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar