Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Namiq Hacıheydərli: "İlahi, mən sənə necə üz tutum?"

Tarix: 15-08-2019 21:38     Baxış: 2678 A- / A+
Namiq Hacıheydərli: "İlahi, mən sənə necə üz tutum?"
İlahi!
Mən sənə necə səslənim?
Necə səslənim ki, duyasan məni?


Manevr.az şair Namiq Hacıheydərlinin yeni şeirlərini təqdim edir:

ULUSA SƏSLƏNİŞ

Min illər Tanrının sevimli dostu,
Min il ulusların lələsi oldun.
Tanrı üz çevirdi səndən, o çağ ki;
Bədəvi toplumun köləsi oldun.

Faciən başladı; din dəyişən gün;
Şamanı küsdürdün, Xanı unutdun.
Uzaq yad torpaqda taxtu-tac üçün,
Vuruşan yadlara matəmi tutdun.

Gerçək ağsaqqalın Qorquda obraz,
Ən böyük yalana xilaskar dedin.
Səni yatıranı müqəddəs bilib,
Səni oyadana kor və kar dedin...

Qoşuldun min yerə bölünmüşlərə,
Sevgidən soyundun, nifrət aradın.
Müqəddəs elinə arxa çevirib,
Gedib cəhənnəmdə cənnət aradın

Yaddaş itirməyin, unutqanlığın,
Didir ürəyimi, ruhumu əzir.
Sən yanlış yerlərdə Tanrını gəzirsən,
Şeytan yuvasında Tanrı nə gəzir...

BOZQURD KÖHNƏLİK OLDU

Qılınclar qında pas atdı,
Gülüşlər dodaqda qaldı.
Atlar bozqırda yox oldu,
Kımızlar ocaqda qaldı.

Ağac bir kərə bəzəndi,
İldə bir yol don geyindi.
İnsan qopdu təbiətdən,
Ruh soyundu, qan geyindi.

Göy Tanrı dostumuz idi,
Hərdən Ondan küsürdük,
Tərcüməsiz danışırdıq,
Nə qorxurduq, nə əsirdik...

Hər birimiz Beyrək idik,
Xal düşməzdi şanımıza,
Qılınc girər, fəqət yadlar,
Girəmməzdi yanımıza.

Yoxa çıxdı qutsallıqlar,
Analıqlar dəlik oldu.
İndi köpəklik dəbdədi,
Bozqurd köhnəlik oldu.

UTANDIM...

Önümə baxdım;
Torpağı parça-parça,
Yurdumu viran gördüm.
Geriyə baxdım;
Nalə səsləri gəldi,
Hər yanı al qan gördüm.
Sağıma baxdım;
əlillər,
Soluma baxdım
Zəlillər...
Utandım;
Utandım Tanrıdan xoşbəxtlik diləməyə...

AYIN NEÇƏSİNDƏ SƏNİ ÇAĞIRIM?

İlahi, mən sənə necə üz tutum?
Hayanda dayanım,
Hardan səslənim?
Yerim səhra olsun, yoxsa meşələr,
Dərədə dayanım, zirvədə durum?
Gecəmi, gündüzmü əl açım sənə,
Məğrurmu dayanım, boynumu burum?

İlin hansı fəsli, fəslin nə ayı,
Ayın neçəsində səni çağırım?
Üfüqə göz dikim, göyə boylanım
Söylə, pıçıldayım, yoxsa bağırım?

Yazılı soruşum, şifahi deyim,
Zildənmi hayqırım, pəsdənmi dinim?
İlahi!
Mən sənə necə səslənim?
Necə səslənim ki, duyasan məni?

GÜLÜŞLƏR

Bütün gülüşlər bədbəxtlikləri gizlətmək üçündü,
Dünyanın ən bədbəxt adamıdı;
Dünyanın ən çox gülən adamı...

Namiq Hacıheydərli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar