Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Erməni əsirin Azərbaycanda qohumları çoxdu, indi bir yiyəsi ortaya çıxacaq...”

Tarix: 15-08-2019 18:52     Baxış: 4207 A- / A+
“Erməni əsirin Azərbaycanda qohumları çoxdu, indi bir yiyəsi ortaya çıxacaq...”

"Ordan hayqanuşlar zəng vurub xalası uşaqlarından əsir oğlanlarının xahişini edəcəklər..."

“Mən inanmıram bunlar Dilqəm və Şahbazı azad etməyin qeydina qalsınlar. Onları azad etmək üçün biz xalq olaraq bütün vasitələrdən istifadə etməliyik”

Manevr.az xəbər verir ki, bnu moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cəbhənin Füzuli istiqamətində əsir düşən erməni əsgər Kazaryan Aro Xaykoviçin dəyişdirilməsi haqda danışarkən deyib. H.Hacıyev bildirib ki, bir yox, yüz erməni əsgəri əsir götürməliyik ki, düşmənə dərs olsun:

“Dünən Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağın Ermənistanın olmasını elan etdi. Bu artıq Azərbaycan xalqı üçün təhqir yox, söyüş idi və biz bu barədə öz rəsmilərimizdən heç bir açıqlama görməmişik. Bu çox gülünc və utancverici hadisə idi. Ermənilər artıq Dağlıq Qarabağı özününkiləşdiriblər. Amma ermənilərin bir əsgərinin bizlərə əsir düşməsiylə Dağlıq Qarabağı qaytara bilmərik. Həmin əraziləri bombalayıb ermənilərin hamısını əsir götürməliyik. Bu onlara bir dərs olmalıdır ki, nə sərhədlərimizi keçə bilsinlər, nə də təxribata əl atsınlar”.
“Erməni əsirin Azərbaycanda qohumları çoxdu, indi bir yiyəsi ortaya çıxacaq...”

H.Hacıyev deyib ki, erməni girovluğunda qalan soydaşlarımızın azad olunması üçün bütün variantlardan istifadə etməliyik:

“Dilqəm və Şahbazı azad etməkdən ötrü bütün variantlara əl atmalıyıq. Hanı bizim diplomatik qələbələrimiz?! Bir ermənin əsir düşməsiylə özümüzə təsəlli vermək özümüzü aldatmaq kimi bir şeydir. Yüz ermənini əsir götürməliyik və on əsir verib Dilqəmlə Şahbazı azad etməliyik. Bu bizim bir nömrəli vəzifəmizdir. Mən Azərbaycan xalqını birliyə, müharibə əhval-ruhiyyəsinə köklənməyə çağırıram. Əgər biz bu cür unutqanlıqla getsək, ermənilərin açıqlamalarına baş əysək, sizi inandırım ki, Dağlıq Qarabağı biryolluq itirmiş olacağıq. Erməni əsgərin bizə əsir düşməsinə sevinməməliyik. Biz torpaqlarımızı işğaldan azad etmək üçün partizan müharibəsinə qalxmalıyıq. Erməni əsirin Azərbaycanda qohumları çoxdu, indi bir yiyəsi ortaya çıxacaq. Ordan hayqanuşlar zəng vurub xalası uşaqlarından əsir oğlanlarının xahişini edəcəklər. Mən inanmıram bunlar Dilqəm və Şahbazı azad etməyin qaydına qalsınlar. Onları azad etmək üçün biz xalq olaraq bütün vasitələrdən istifadə etməliyik”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar