Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Saakaşvili Azərbaycana gəlmək istəyir

Tarix: 15-08-2019 16:44     Baxış: 3252 A- / A+
Saakaşvili Azərbaycana gəlmək istəyir

“Bir neçə günlüyə Ukraynaya gəlmişəm. Dünən Mixail Saakaşvili ilə onun yaşadığı Odessa şəhərində görüşdük. Görüşümüz yüksək əhvalda keçdi. Xeyli məsələləri müzakirə etmək şansımız oldu”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili ilə birgə çəkdirdiyi və sosial şəbəkədə paylaşdığı şəkillərdən danışarkən deyib.

Saakaşvilinin dostu olan deputat bildirib ki, Gürcüstanın sabiq prezidenti ölkəsi ilə bağlı fikirlərini dəyişməyib:

“Saakaşvilinin Gürcüstanla bağlı planları dəyişməzdir. O, öz ölkəsinə gəlmək barədə düşünür. Sadəcə, hazırki hakimiyyətin yürütdüyü siyasət onu da qane etmir. Saakaşvili heç də ümidsiz deyil. Odessada keçiriləcək mer seçkilərinə qatılmaq niyyətindədir. Ukraynanın yeni prezidenti Zelenski ilə də münasibətləri yaxşıdır. Gec-gec görüşsələr də, telefon əlaqələri qura bilirlər”.

Azər Süleymanov Saakaşvili ilə görüş zamanı Gürcüstan-Azərbaycan münasibətlərini də müzakirə etdiklərini söyləyib. Gürcüstanlı deputat Saakaşvilinin Azərbaycana gəlməyə hazır oldğuunu da vurğulayıb:
“Saakaşvili Azərbaycanı hər zaman sevib. Onun bizim ölkəmizə xüsusi sevgisi var. Görüş zamanı “Keşikçidağ” məsələsinə də münasibət bildirdi. O, “Keşikçidağ” məsələsinin bu səviyyəyə çatdırılmasından təəssüfləndi. Saakaşvili 2008-ci ildə də, ondan sonrakı illərdə də Azərbaycan dövlətinin Gürcüstana hər zaman dəstək verdiyini və kömək etdiyini xatırlatdı. Prezident İlham Əliyevlə şəxsi dostluq əlaqələrindən də danışdı. Mixail Saakaşvili dəvət gələrsə, məmuniyyətlə Azərbaycana səfər edəcəyini dedi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar