Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərenerji" ASC -nin BHİ komitəsi Mingəçevir Turizm şirkəti ilə müqavilə bağlayıb

Tarix: 15-08-2019 11:25     Baxış: 2793 A- / A+
"Azərenerji" ASC -nin BHİ komitəsi Mingəçevir Turizm şirkəti ilə müqavilə bağlayıb

Yay mövsümü ilə əlaqədar olaraq "Azərenerji" ASC - nin Birləşmiş Həmkarlar İttifaqı komitəsi( sədr Lalə xanım Abdullazadə) işçilərin asudə vaxtının səmərəli keçirilməsi və istirahəti üçün Mingəçevir Turizm şirkəti ilə müqavilə bağlayıb. Bu il energetikləri Göygöldə, Ağcakənddə yerləşən ailəvi istirahət mərkəzlərinə gəzintilər təşkil etdilər.

O cümlədən "Azərenerji"ASC HMD MMC - nin mühafizəçilərinin də istirahətləri üçün, HMD MMC - nin Həmkarlar İttifaqı komitəsinin sədri Samaləddin Abışova göstəriş verilib. HMD - nin Mingəçevir şəhərində fəaliyyət göstərən 1 saylı hissənin, 8 saylı, 11 saylı bölmələrin, Ağdaşdakı 10 saylı bölmənin, Goranboydakı 5 saylı qrupun mühafizəçilərini də Mingəçevir Turizm şirkətinin ( şirkətin rəhbəri Abışova Elnarə) xətti ilə gəzintiyə aparıldı.
08.08.2019 - cu il tarixində növbə bizə çatdı.Biz HMD MMC - nin 1 saylı hissənin mühafizəçiləri Həmkarlar İttifaqının Komitəsinin sədri Camaləddin Abışovla birlikdə mikroavtobusla (sürücü Bakir, turun bələdçici Kamran) Göygöl rayonuun Toğana - Çaykənd yolunun üstündəki "Cahan" Ailəvi İstirahət mərkəzinə gəldik.İstirahət Mərkəzinin rəhbəri Firdovsi Namaqzov bizi qonaqpərvərliklə qarşıladı. Biz ora çatanda səhər yeməyi hazır idi.Masanın üstündə hər bir nəfər üçün ayrıca təzə təndir çörəyi, yağ, qaymaq, bal, yumurta, sosiska, pendir, şəkər tozu düzülmüşdü. Samovar çayı isti - isti gətirildi.
Səhər yeməyindən sonra mikroavtobusla Göygölə qalxdıq. Demək olar ki, rayon mərkəzini keçəndən sonra yamyaşıl meşə, sərin hava bizi valeh etmişdi.İstirahətə gələnlərin və burada yaşayanların gediş - gəlişinin rahatlığı üçün yola təzə asfalt örtüyü salınırdı.Yolboyu gördüyümüz mənzərələr bütün yorğunluğumuzu bizə unutdurmuşdu.Maşınlar üçün düzəldilmiş dayanacaqda maşını saxlayıb piyada Göygölün başının üstə çıxdıq. Biz oradan Göygölün sahilinə endik.Xeyli gəzib maraqlandığımız yerlərə baxdıq, şəkillər şəkdirdik.
Yoldaşlardan bir dəstə başqa maşınla Maral gölə getdilər. Saat 14 : 30 - da mikroavtobusa minib bizə xidmət göstərən "Cahan" Ailəvi İstirahət mərkəzinə qayıtdıq.Nahar yeməyi hazır idi.Nahara təzə təndir çörəyi, çolpa supu, lülə kabab, tikə kabab, kartof kababı, dana basdırması, pendir, salat, qarpız, "Fanta", "Koka - Kola" suları, isti çay hazırlanmışdı.
Nahar yeməyindən sonra xeyli istirahət etdik.Saat 18 radələrində şirniyyatla şay gətirdilər.İstirahət mərkəzinin rəhbəri N.Firdovsi tez - tez bizə yaxınlaşıb qayğımıza qalırdı.Xidmət yüksək səviyyədə təşkil olunmuşdu.Eləcə də turun bələdçisi Kamranın, sürücü Bakirin əməyini burada qeyd etməyi özümə borc bilirəm.Xoş təəssüratlarla istirahətimizi başa vurub Mingəçevir şəhərinə qayıtdıq.
"Azərenerji"ASC, HMD MMC - nin 1 saylı hissəsinin mühafizəçiləri adından "Azərenerji" ASC - nin prezidenti cənab B.Rzayevə, Birləşmiş Həmkarlar İttifaqının komitəsinin sədri Lalə xanım Abdullazadəyə təşəkkürümü bildirirəm.

AJB- nin üzvü,
şair, publisist Məmməd Mərzili.


Manevr.az


"Azərenerji" ASC -nin BHİ komitəsi Mingəçevir Turizm şirkəti ilə müqavilə bağlayıb
"Azərenerji" ASC -nin BHİ komitəsi Mingəçevir Turizm şirkəti ilə müqavilə bağlayıb
"Azərenerji" ASC -nin BHİ komitəsi Mingəçevir Turizm şirkəti ilə müqavilə bağlayıb

"Azərenerji" ASC -nin BHİ komitəsi Mingəçevir Turizm şirkəti ilə müqavilə bağlayıb

"Azərenerji" ASC -nin BHİ komitəsi Mingəçevir Turizm şirkəti ilə müqavilə bağlayıb
"Azərenerji" ASC -nin BHİ komitəsi Mingəçevir Turizm şirkəti ilə müqavilə bağlayıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar